ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Britaniyada ərzaq qıtlığı qorxusu yaranıb

 Britaniyada inflyasiyanın və yaşayış xərclərinin görünməmiş şəkildə artması bu ölkəni son yarım əsrin ən pis iqtisadi vəziyyətinə salıb.
Sputnik-in məlumatına görə, ərzaq çatışmazlığı ilə bağlı qorxu Britaniyaya kölgə salıb və elə bir şərait yaranıb ki, bu ölkənin mediaları Britaniyanın bir sıra ərzaq marketlər şəbəkəsinin müştərilərin mağazalardan ala biləcəkləri bir neçə növ meyvə və tərəvəzin miqdarına məhdudiyyətlər qoyduöunu bildiriblər.
Belə şəbəkələrdən birinin sözçüsü deyib: “Digər supermarketlər kimi, biz də İspaniyanın cənubunda və Afrikanın şimalında yetişdirilən bəzi məhsulların tədarükü ilə bağlı çətinliklərlə üzləşmişik. Biz çox az sayda meyvə-tərəvəz üçün hər bir məhsuldan üç ədəddən ibarət müvəqqəti satış kvotası tətbiq etmişik”.
Britaniyanın başqa bir şəbəkəsi olan Morrisons-un supermarketlərində fevralın 22-dən pomidor, xiyar, kahı və bibərin satışı hər müştəriyə cəmi iki ədəd olmaqla məhdudlaşdırılıb.
Qışda İngiltərə Mərakeş, Hollandiya və İspaniyadan pomidor alır. Brexitdən sonra yerli alıcılar Mərakeşdən idxaldan çox asılı olublar.
Bu yaxınlarda Böyük Britaniyada 550 xeyriyyə təşkilatını özündə birləşdirən Müstəqil Qida Yardımı Şəbəkəsi 2022-ci ildə qida banklarından pulsuz qida tələblərində 91% artım olduğunu açıqlayıb.
Həmin məlumata əsasən, son bir ildə fiziki şəxslərdən və xeyriyyə təşkilatlarından ərzaq banklarına edilən maliyyə və ərzaq ianələrində 69 faiz azalma olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button