ArxivXəbər lentiXəbərlər

Vəhhabilər ölünü söyüb, mağarı sökmək istədilər – Video

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.

Mynews.az-a istinadən xəbər verilir ki, ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə “Vəhhabi” adlanan dindarlar olub.

Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifarədələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə mane yaratması ilə bağlı olduğunu bildiriblər. Bir neçə nəfər isə, ümumiyyətlə, ehsan verilməsinin doğru olmadığını deyib.

Nəticədə mərhumun yaxınları ilə vəhhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhhabiləri yas yerindən uzaqlaşdırıblar.

Həmin hadisədən olan görüntünü təqdim edirik:

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button