ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bosniya və Herseqovinada müqavimət şəhidləri anılıb

 Bosniya müharibəsi 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş vermiş beynəlxalq silahlı münaqişə idi ki,  Xorvatiya və Serbiya tərəfindən idarə və təchiz edilirdi.
Müharibə Yuqoslaviyanın parçalanmasının bir hissəsi idi. 1991-ci ildə Sloveniya və Xorvatiya Yuqoslaviya Sosialist Federativ Respublikasından ayrıldıqdan və Bosniya və Herseqovina 29 fevral 1992-ci ildə müstəqillik üçün referendum elan etdikdən sonra Xorvatiya və Serbiyanın hücumları ilə müharibə başladı.
Bu mərasim Bosniya və Herseqovinanın müxtəlif şəhərlərinin qeyri-hökumət təşkilatları və şəhid ailələri və veteranlarının və Sarayevo Zaman Fondunun səyləri ilə həyata keçirilib.
Bu mərasimdə iştirak edənlər böyük dövlətlərə qarşı mübarizədə müsəlmanlar arasında birliyin qorunub saxlanmasının vacibliyini vurğuladılar.
İranın Bosniya və Herseqovinadakı mədəniyyət attaşesi Məhəmməd Hüseyn Ənsari mərasimin təşkilatçılarına təşəkkür edib və deyib: “Qəhrəmanlarımız xalqın azadlığı və müstəqilliyini qorumaq üçün ən çətin tarixi dönüş nöqtələrində canlarını fəda etdilər və şəhidlik məqamına ucaldılar. Bu, iki dost xalqın qardaşlığının zirvəsidir və bu qəhrəmanlar onun vasitəçiləri olublar.
Visokonun ali ruhanisi Midhat Afandi Cakaolvic deyib ki, insan hüquqları və ləyaqəti uğrunda qanları tökülən İran və Bosniya müqavimət qəhrəmanlarının xatirəsini yad etmək hər şeydən vacibdir.
Mərasimin kənarında Şəhid Süleymaninin şəkillərinin nümayiş olunduğu fotoqalereya təşkil edilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
İranın terrorla mübarizə üzrə ali komandanı, general-leytenant Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa əmri ilə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın pilotsuz uçan aparatının zərbəsi nəticəsində şəhid olub.
Hücum zamanı həmçinin İraqın Xalq Səfərbərlik Qüvvələrinin sədr müavini Əbu Mehdi Əl-Mühəndis və digərləri də şəhid olub.
Şəhidlər və Milli Qəhrəmanlar əbədidirlər və gələcəyə gedən yolda bizim üçün mayak olacaqlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button