ArxivXəbər lentiXəbərlər

“İŞİD” azərbaycanlı komandirini edam etdi – Foto

“İŞİD” Sirac adlı azərbaycanlı komandirini edam edib.
Türkiyə mətbuatı xəbər verir ki, “İŞİD” Siracı satqınlıqda ittiham edərək aradan götürüb. Sumqayıt şəhərindən olduğu bildirilən Siracın əvvəllər Əfqanıstanda döyüşdüyü, sonra Suriyaya gələrək “İŞİD”-ə qoşulduğu bildirilir.
Qeyd edək ki, son zamanlar “İŞİD”-in müsəlmanlara qarşı törətdiyi cinayətlərə öz daxilindən etiraz edənlərin də sayı çoxalıb. Bu etirazları yatırtmaq üçün terror təşkilatı daxili məhkəmələr quraraq etirazçıları agent, xəvaric elan edərək edam edir.
Bir neçə həftə öncə də əslən Qafqazdan olan Sergey Asimovu agent deyə edam etmişdi. Daha sonra Asimovun Ümrə ziyarətində çəkdirdiyi fotolar yayılmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button