ArxivXəbər lentiXəbərlər

“Bu gün vəhdət, İslam dünyasının döyünən ürəyidir”

Müsəlmanların, islami dəyərlərin qorunması və günümüzdə sionist və onun yaratdığı vəhhabi fitnəsini aradan aparmaq üçün, məzhəblərin birliyi labüddür

“Bu gün Vəhdət, islam dünyasının döyünən ürəyidir. Düşmən bunu çox yaxşı anlayır və bu ürəyin fəaliyyətini dayandırmaq üçün gecə-gündüz çalışır. Təbii ki, İslam düşmənləri daima bu vəhdətin baş tutmaması üçün addımlar atır”

 Bunu İslam Peyğəmbərinin (s) mövludu ilə əlaqədar olaraq  islamazeri.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Hacızadə deyib. İlkin olaraq, müsəlman ümmətini təbrik edən ilahiyyatçı daha sonra vacib məsələlərə toxunaraq ilahi əmrlərdən danışıb:

“Ümmətin atası, yaranmışların ən şərafətlisi və Allahın son Elçisi olan Həzrəti Məhəmmədin(s) mövludu bütün müsəlman bacı və qardaşlarıma mübarək olsun. Bu günlərdə İslam dünyasında ən aktual mövzulardan biri vəhdət mövzusudur. Burada konkret olaraq, iki qardaş məzhəb- şiə və sünnilərin arasında olan yersiz davaların, parçalanmaların və lazımsız addımlardan İslam düşmənlərinin sui-istifadə etməsinin qarşısını alınması məqsədi güdülür.

Bundan əlavə, müsəlmanların islami dəyərlərin qorunması, günümüzdə sionist və onun yaratdığı vəhhabi fitnəsini aradan aparmaq üçün, məzhəblərin birliyi labüddür.

Məsələn, bir qrup əlaltısı olan sünni, bir qrupunu isə şiə adı ilə  reklam edir, təbliği üçün şərait yaradlır, hətta peyk kanallarını da ixtiyarına verir. Maraqlidir ki, qərbdə tolerantlıq şüarı olsa da, qarşı tərəfin əqidəsinin təhqiri cinayət olsa da, hər iki qrupun bir-birini və müqəddəslərini televiziya kanallarında təhqir edilməsinə göz yumulur.

Sadə və bu məsələdən xəbərsiz şiə və sünnilər isə məlum fitnənin qurbanına çevrilirlər. Düşmən köhnə siyasəti olan “parçala, hökmranlıq et” metodundan əl çəkməyəcək. Bunun üçün də, əziz müsəlmanları ayıq olmağa çağırıram.

Amma şükürlər olsun ki, son illərdə vəhdət məsələsi daha da ciddiləşib. Bu gün İraqda, Suriyada və digər müsəlman ölkələrində, şiə və sünnilərdən ibarət müqavimət və anti-terror qruplaşmalar mövcuddur. Allah bu vəhdəti daimi, möhkəm və bərəkətli etsin!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button