AktualAktualArxivXəbər lentiXəbərlər

Biz və Azərbaycan Respublikasının tarixyazmasının diqqətsiz tənqidləri

Azərbaycan Respublikasının tarixçiləri rus faktorunu əvvəlki teoriyadan çıxararaq Azərbaycan üçün yeni tarix təqdim etmişdir. Yeni tarixdə üç amil: İslam (xüsusən də onun şiə aspektləri), İran və Rusiya qaralanmış və onların “Azərbaycanın qəhrəman xalqının sivilizasiyasında” təsiri ən az səviyyədə göstərilmişdir.

Qafqaz Mədəniyyət Mərkəzi – SSRİ-nin parçalanmasından sonra onun tərkibində olan bir neçə dövlət siyasi müstəqillik əldə etdi. Qafqazda yaranmış dövlətlər arasında iki mühüm məsələ böhran yaratma gücünə malik idi: kimlik və tarix.

Bu ölkələr özlərinin bütün varlğını ruslarla tərif etmişdilər. Müstəqillikdən sonra rusların vücud verməsi artıq yox idi. Digər tərəfdən də Azərbaycan Respublikası kimi ölkələrin bütün keçmişi və tarixi cənub qonşusu ilə bağlanırdı. Onun cənub qonşusu son dövrlərdə əzəmətli inqilab yaradaraq mədəni, siyasi, xüsusilə də ümumi diplomatiya sahəsində yeni dialoq fəzası yaratmışdı. Bu da onun region, hətta regiondan uzaq xalqlarına və dövlətlərinə təsir qoya biləcəyini göstərirdi. Bu güc Azərbaycan Respublikasını çox asanlıqla ən nikbin baxışla desək mədəni, dini və siyasi-hökumət aspektlərinə bərk təsir altına sala bilərdi. Elə bu səbəbdən də Azərbaycan Respublikasının tarixçiləri əvvəlki teoriyadan rus faktorunu çıxardaraq Azərbaycan üçün yeni tarix tərif etdilər. Yeni tarixdə üç amil: İslam (xüsusən də onun şiə aspektləri), İran və Rusiya qaralanmışdır və onların “Azərbaycanın qəhrəman xalqının sivilizasiyasında” təsiri ən az səviyyədə göstərilmişdir. Bu tarixçilər bu hərəkətləri ilə bütün dünya tarixçilərinə qarşı çıxdılar. Üstəlik, onlar öz xalqını qəhrəman adlandırmalarına baxmayaraq bir neçə əsr əsarət altında qalmağa məhkum etdilər.

Çünki onların tərifinə əsasən bu “xalq” İslamdan əvvəlki dövrdə iranlıların əsarətindədir. Ondan sonra da ərəblərin. Sonra yenə iranlıların əsarət və zülmü altına düşür, bundan sonra rus əsirliyini qəbul edir. Qəhrəman xalq daim əsarətdə yaşayıb və özgələrin ordusuna əsgər olub.

Bu, Azərbaycan Respublikasının SSRİ-dən sonra Qarabağ müharibəsində daxili qüvvələrin xəyanətindən sonra ardıcıl məğlubiyyətləri üzündən utancına diqqət etməklə daha ifratçı mövqe seçməsinə səbəb oldu və “dünya azəri xalqlarının birliyi və İran azərilərinin farsların millətçi zülmündən qurtuluşu” şüarı ilə melanxoliya vəziyyəti almaqla bu ölkənin siyasi, mədəni və təhsil sahəsinə sirayət etdi.

Beləliklə, Azərbaycan Respublikasının tarix yazılmasında xas bir ədəbiyyat və dialoq davam etdi və bu tarix qeyri-elmi olmaqla yanaşı həm də siyasi xarakter daşıyırdı.

Təbbi ki, ölkələr arasında əlaqələrin və əlaqə vasitələrinin genişlənməsi ilə bu ədəbiyyat İrana da ayaq açdı və özünə müxatəb tapdı.

Bunun üstündən 20 ildən çox ötsə də bir neçə vaxtdır ki, İranın Təbriz, Ərdəbil və s. kimi şimal-qərb bölgələrində Azərbaycan Respublikanın tarix yazılışı barədə tənqidlər başlayıb. Sözsüz ki, Təbriz və Ərdəbildə təfəkkür və qələm əhli Azərbaycan Respublikasının tarixini bu kökə salanları tənqid atəşinə tuturlar və onların süst baxışlarını isbat etməyə təlaş edirlər. Bu məsələ çox faydalıdır, amma rəqibin hərəkətlərinə və tənqidçilərdə hakim olan baxış növünə diqqət etməklə, indidən belə demək olar ki, bu təlaşlar həvəngdəstədə su əzməkdən başqa bir şey olmayacaq və ölkənin elmi tarixində ondan müsbət təsir əldə edilməyəcək.

İlk məsələ tənqidi baxışda bu tənqidlərin 30 il gecikməsidir.

Azərbaycan Respublikası tarixçiliyi dialoquna bağlı və ya iranlı yazıçıların bu tarixyazmalar təsiri altında qələmə aldığı kitabların yazılmasından artıq 30 ilə yaxın bir müddət ötür. Bu tarixyazma məktəbi faktiki olaraq özünün xas oxucularını tapa bilmiş, nəzərdə tutuduğu təsiri onlarda qoymağı bacarmışdır. İndiyədək Azərbaycan Respublikasında yazılmış onlarla cild belə kitablar tərcümə olunaraq və ya İslam əlifbasına çevrilərək İranda yayılmışdır. Bundan əlavə, iranlı yazıçıların bu təfəkkürün təsiri altında yazdıqları onlarla cild tarix kitabları vardır. Amma ölkənin 30 il bundan əvvəl bu məsələlərə daxil olaraq lazım olan cavabları verməli, düzgün teoriyalar təqdim etməli olan şimal-qərb əyalətlərinin universitet və elmi dairələri indi sözügedən tarix yazılışını ümumi səviyyədə tənqid etməyə başlayıb.

Diqqəti çəkən məsələ bu işdə ölkə universitetlərinə hakim olmuş süstlükdür. Vəzifələri düşməni tanımaq, onun teoriyasına cavab vermək olan ölkənin elmi dairələri 30 ildir ki, bu istiqamətdə addım atmayıb.

Azərbaycan Respublikasının bu sayaq tarix yazmasına tənqidlərdə ikinci məsələ tənqidçilərin qarşı tərəfin tarixyazma məktəbinə təsəllütünün olmaması və onun keçmişinə diqqət etməməsidir.

İndiyə kimi olunmuş tənqidlər qarşı tərəfin tarixyazma yolundakı zehni sabiqəsini nəzərə almamamış, Bakı tarixyazma məktəbinin Mirzə Kazım bəyin dövründən başlayaraq indiyə kimi keçdiyi 150 illik tarixyazma təkamülünə diqqət yetirməməmişdir.

Təcrübə sübut etmişdir ki, Bakının naqis tarixi üçün ən yaxşı cavab bu ölkənin müxtəlif dövrlərdə yazılmış tarixidir. Bizim hazırkı tənqidçilərimiz Bakının tarix təhrifi məktəbinin sabiqə və təkamülünə diqqət yetirməsə, öz tənqidlərində təbbi olaraq çıxılmaz vəziyyətə düşəcəklər. Çünki qarşı tərəfin öhdəliyini araşdırmamaq, onun nəzərdə tutduğu nəticələri tədqiq etməmək bizi onun tərif etdiyi meydana çəkəcək.

Bir nəticəyə çatmamağın digər mühüm tərəfi də Bakı üzərində həddən artıq diqqət etmək, Tiflis və İrəvanı yaddan çıxarmaqdır. Əgər Azərbaycan Respublikasının tarixyazma məktəbinin saxta və uydurma olmasını daha düzgün göstərmək istəyiriksə, bunun üçün ən yaxşı yol bu məktəbin Ermənistan və Gürcüstanın tarixyazma məktəbinə oxşarlığını və eynilə onun quruluşunun surəti olmasını açıb göstərməkdir. Ermənistan tarixyazması illüzyadan başqa bir şey deyil və strukturca eynilə Azərbaycan Respublikasının tarixyazmasına bənzəyir. Bu məsələ eyni kökdən və eyni memarlıqdan mənşələnir. Bu binanın təməli əvvəldən əyri qurulub.

Amma bizim tənqidçilərimiz demək olar ki, heç İravan və Tiflis tarixyazmasına diqqət etməyiblər, öz təlaşlarını Bakı tarixyazması üzrəində mərkəzləşdiriblər.

Qeyd olunan vəziyyəti tacik, özbək, türkmən, qırğız və qazaxların da tarixyazmasında tətbiq etmək olar.

Bu istiqamətdə Azərbaycan Respublikasının tarixyazmasına tənqid dalğasının unutduğu bir mövzu da rus mənbələrindən faydalanmaması, qarşı tərəf barədə rus qaynaqlarını araşdırmamasıdır. Heç bir şəkk-şübhə olmadan diqqətdə saxlamalı məsələ budur ki, SSRİ dövründə tarixyazma məktəblərinin kökündə Kommunist Partiyası dövlətinin qərarları dayanır. Partiyanın qərarları hakimiyyət tərəfindən elmi dairələrə təqdim edildikdən sonra teorizə edilərək, SSRİ tərkibində olan bütün ölkələrə inyeksiya edilmiş və onlar tərəfindən yerliləşdirilmişdir. Hansısa tarix məktəbinin saxta, qeyri-elmi, günün nırxına uyğun çörək yemək olduğunu görmək üçün onun keçdiyi yola baxmalı, onu öz mənşəsinə qaytarmaqdır. Bu məsələni Səfəvilər hakimiyyəti mövzusunda və Azərbaycan Respublikasının ona baxışında göstərmək olar ki, Petruşevskinin nəzəriyyəsindən sonra Bakı tarixyazmasında bu mövzuda hansı dəyişikliklər baş verdi. Yaxud Xiyabani məsələsində göstərmək olar ki, bir zamanlar Xiyabani millətçilik məsələsinə görə pislənilir və məzəmmət olunurdu, amma sonradan tərifləndi.

Azərbaycan Respublikası tarixyazmasının tənqidində diqqət yetirilməyən digər bir məsələlərdən biri kimi də Türkiyə tarixyazmasına işarə etmək olar. Bakı tarixyazma məsələsində Mosvkanın sifərişlərindən yaxasını qurtardıqdan sonra öz teorik ehtiyaclarını aradan qaldırmaq üçün Ankaraya əl açdı. İlk addımda strukturlar və dialoqlar tamamilə fərqli olduğundan iki tərəf arasında anlaşma az olsa da bu illər boyu göstərilən səylər tarix dialoqu sahəsində diqqəti çəkən nəticələr vermiş, türk dialoqu azəri tərəfin göz önünə gətirilmişdir. Bu da azəri tərəf üçün müasirlik sahəsində yeni imkanlar yaratmışdır. Bakı-Ankara arasında yaranmış bağlılığa diqqət etmədən Bakı-Moskva arasında mövcud bağlılığa diqqət etməmək kimi tənqidçilərin faydalanmasını zəiflədir, meydanı onlar üçün daraldır.

Diqqətdə saxlamalı ayrı bir məsələ yuxarıda qeyd olunan tarix yolunu və onun bir-biri ilə əlaqəsidir. Bu məsələləri görməmək ən azı bizi rəqibdən bir addım geri saxlayır, onun bizim üçün tərif etdiyi bir meydanda oynamağa məcbur edir. Sözügedən mövzunu Ramiz Mehdiyevin yazdığı kitablarla ilgili baxışlarda və görülən işlərdə aydın görmək olar. Halbuki, R. Mehdiyevin yazılarına hakim dialoq 3-4 il bundan öncə bir başqası tərəfindən təqdim edilmişdi. Amma bu kimi məsələləri izləməli və cavabdeh olan şəxs və təşkilatların heç biri bunu izləmədi, beləliklə indi gördüyünüz kimi bu dialoq kök atmaqdadır və özünə tərəfdarlar tapa bilmişdir. Bizim yazarlarımız isə hələ indi-indi bu dialoqlara cavab vermək fikrinə düşüblər. Bu “həmişə geri qalmaq” bizim elmi dairələrimiz üçün ağır xəstəlikdir və bu xəstəlik bir gün onun belini qıracaq.

Azərbaycan tarixyazmasının tənqidi məsələsində diqqət olunası lazım olan digər mövzu da İranın milli tarixində mövcud nöqsanları nəzərə almamaq və qarşı tərəfi məhz inkar etməkdir. Sanki qarşı tərəf nə deyirsə, onun üçün əvəzedici təqdim etmədən inkar edilməlidir. Etiraf edək ki, bizim tarixyazma sistemimiz ənənəvi olaraq Qafqazdan qəflətdə qalmışdır. Qafqaz əmirlərini, görkəmli şəxsiyyətlərini tarixdə qeyd etməməyimiz bugünləri qarşı tərəfin tarixyazması qarşısında bizim əlimizi boş qoymuşdur.

Son söz olaraq bunu demək istərdim ki, gəlin Qafqazın tarixi barədə səhlənkarlığa yol verməyək. Səhənkarlığın ən mühüm təzahürü isə məhz Azərbaycanın özünə diqqət etməkdir. Elə ən dərin elmi nöqsanlarımız da bu məsələdədir. Halbuki, bir neçə institut və müəssisə onlarla elmi işçi ilə Təbriz, Ərdəbil və Urmiyada bizim hərəkətlərimizi nəzarətdə saxlayır, təzə çapdan çıxan kitablarımızı dərhal Bakıya çatdırır. Biz də həmişə neçə il təxirlə meydana daxil oluruq. Bu bizim məsələyə əhəmiyyət verməməyimizin əlamətidir. Ona görə də elmi və əməli fəaliyyətlərimiz nəticəsiz qalır.

Ey bəsirət sahibləri! İbrət alın!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button