ArxivXəbər lentiXəbərlər

Müsəlman müəllim qadınlarla əl ilə salamlaşmadığı üçün işdən qovuldu – FOTO

Norveçin paytaxtı Oslo şəhərində müsəlman müəllim qadın həmkarlarına toxunmaqdan imtina etdiyi üçün işindən məhrum olub.

qafqaz.ir-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Norveçin paytaxtı Oslo şəhərində müsəlman müəllim qadın həmkarlarına toxunmaqdan imtina etdiyi üçün işindən məhrum olub.

Müsəlmam müəllimin işlədiyi məktəbin direktoru Bente Alfheym bildirib ki,  müsəlman müəllim qadın müəllimlərlə əl ilə salamlaşmaqdan imtina edib.

Bununla yanaşı qeyd edilir ki, müsəlman müəllim qadınlarla əl sıxmaqdan imtina edərkən bunu hörmətsizlikdən yox, sırf dini baxışlarına görə etdiyinə dair açıqlama da verirdi.

Maraqlıdır ki, ölkənin dinindən asılı olmayaraq bütün hüquq-müdafiəçiləri qovulmuş müəllimin tərəfini tutublar.

Məsələn, İctimai Diskriminasiyaya qarşı Təşkilatın rəhbəri Ahenaton Oddvar de Leon qeyd edib ki, ancaq bir kəsin dini ona işini yerinə yetirməyə mane olduğu halda işdən çıxarma yolu ola bilər. “Lakin bu hal isə tamamilə fərqlidir”, – deyə o əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button