ArxivXəbər lentiXəbərlər

“Hökumətin qiymət artımı sosial partlayışlara səbəb ola bilər”

Natiq Miri: “Əgər deputatlar qiymət artımına öz etirazlarını parlamentdə səsləndirməsələr, o zaman insanlar küçələrə axışacaqlar”

2017-ci ilin büdcə müzakirələri zamanı Milli Məclisdə çıxış edən bəzi deputatlar hökumətin qiymət artımına sərt şəkildə etiraz ediblər. Millət vəkilləri Tarif Şurasının qərarının əhalinin aztəminatlı hissəsinə ciddi təsir göstərəcəyini bildiriblər. Hətta iqtidarı təmsil edən millət vəkillərinin hökumətin qiymət artımına bu cür reaksiya göstərməsi ictimai və siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bir çoxları deputatların çıxışlarının imitasiya xarakteri daşıdığını və planlaşdırılmış olduğunu dilə gətiriblər.

Bəs görəsən millət vəkillərinin çıxışları siyasi imitasiyadır, yoxsa gələcək təhlükəni hiss etmələri deputatları danışmağa məcbur edir?

Mövzunu İslaminSesinə şərh edən politoloq Natiq Miri fərqli fikirlər səsləndirib. Politoloq bildirib ki, bu cür çıxışlar yuxarı səviyyədə xüsusi sifarişlə edilmir: “Çünki bu cür çıxışlar hökumətin xeyirinə deyil. Əksinə ictimai rəyi hökumətin əleyhinə kökləyir. Sadəcə bu gün enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə artması və diferensiallaşma adı ilə insanların daha da çətin vəziyyətə salınması xalqı narahat edir. Xalq da öz növbəsində onları Milli Məclisdə təmsil edən deputatlardan haqqlarının qorunmasını tələb edir. Millət vəkillərinin hökumətin qiymət artımı siyasətini sərt tənqid etmələri də, bu məcburiyyətdən irəli gəlir”.

Картинки по запросу natiq miri
Qiymət müxtəlifliyi bizdə nədənsə adam başına deyil, ailə sayına görə müəyyən edilir. Bu isə düzgün deyil. Çünki Post-Sovet ölkələrində Azərbaycandan fərqli olaraq limit adam başına məyyən edilir və ayrılan kvota kasıb təbəqənin müdafiəsinə yönəlir. Hökumətin təbii qazdan istifadəyə görə təyin etdiyi 1500 kubmetr qaz isə cəmi bir neçə ay tələbatı ödəməyə yetəcək. Nəticədə isə yeni artırılmış qiymətlərlə kommunal xərclərini ödəməyə məcbur olan insanların vəziyyəti daha da çətinləşəcək. Bu cür siyasət təbii ki, tənqid olunmalıdır. Əgər deputatlar qiymət artımına öz etirazlarını parlamentdə səsləndirməsələr, o zaman insanlar küçələrə axışacaqlar. Bu isə sosial partlayışa gətirib çıxara bilər”.

Politoloqun sözlərinə görə, deputatların etirazlarının nəticəsi ola bilər: “ Prezident bu məsələyə siyasi iradə nümayiş etdirərək Tarif Şurasının qərarını ləğv edə bilər. Yaxud müəyyən edilən limitin artırılması da mümkündür. Hər halda yaxın gələcəkdə atılan addımların şahidi olacağıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button