ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Milli Məclisinin sabiq sədri ABŞ-ı Ukrayna – Rusiya müharibəsində əsas günahkar kimi göstərdi

"ABŞ şər qüvvəsidir, Rusiyadan əl çəkmir"

, Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov bildirib ki, NATO Rusiyanın qərb sərhədlərinə yaxınlaşmamalıydı. Əslində Rusiya Qərb üçün deyil, Qərb Moskva üçün təhlükə yaradırdı. Bu, Qərb-Rusiya qarşıdurmasıdır və indiki məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir. Bununla belə iki qardaş xalqı, slavyan millətlərini bir-birinə qırdırırlar.

Eks spikerin sözlərinə görə, tarix boyu birlikdə yaşamış xalqları bir-birinə düşmən edən ABŞ-dır. Siyasətçilərin oyunbazlığı, hegemonluq davası xalqları qarşı-qarşıya qoyur. Gözəl bir ölkə dağılır, şəhərləri viran olur, mülki insanlar qurbana çevrilir.

Y.Məmmədov vurğulayıb ki, Amerika Rusiya rəhbərliyini qıcıqlandırmasaydı, müharibə başlamazdı: “Moskvanın yeganə tələbi o idi ki, NATO Ukraynaya, Rusiyanın qərb sərhədlərinə gəlməsin, qoşun yığmasın.

Azərbaycanlı professor qeyd edib ki, Qərb öz vədini dəfələrlə pozub, Polşaya, Rumıniyaya, Çexiyaya girib. Ukraynaya müdaxilə son hədd idi. Moskvanın Donetsk və Luqanskı “müstəqil dövlət” kimi tanıması da Qərbin təhriki ilə oldu. Zelensikini də təhrik edib Minsk razılaşmasından uzaqlaşdırdılar. Hazırda isə Ukraynaya fitva verirlər, hərbi texnika, xarici legionlar göndərirlər. Qərb əvvəl deyirdi ki, SSRİ şər ittifaqıdır, onu mütləq dağıtmaq lazımdır. İndi SSRİ yoxdur, amma ABŞ yenə də Rusiyadan əl çəkmir. Nə istəyirsən, Amerika? Sakit otur yerində, ölkələri bir-biri ilə üz-üzə qoyma. Belə çıxır ki, indi şər qüvvəsi ABŞ özüdür. Qərb Rusiyanı təxribata çəkdi, Kreml də səhv edərək təxribata getdi”. 

Yaqub Məmmədov sanksiyaların Rusiyanı zəiflədəcəyinə də inanmadığını deyib: “Rusiya böyük dövlətdir, təbii sərvətləri çoxdur. İnanmıram ki, müharibə və sanksiyalar nəhəng bir ölkəni çökdürsün. Eyni zamanda Rusiya vətəndaşları sanksiyalara görə hökumətə etiraz etmirlər, əksinə, təzyiqlərə məruz qaldığı üçün dəstəkləyirlər”, – deyə Azərbaycan parlamentinin sabiq sədri vurğulayıb.  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button