AktualAktual

Sionist rejim – İran-Azərbaycan əlaqələrinin genişlənməsi yolunda ən böyük maneə

Ərdəbilin imam cüməsi ayətullah Seyid Həsən Amili işğalçıs İsrail rejiminin xarici işlər nazirinin Bakıya olan son səfərinə işarə edərək, deyib: Sionist rejim İran və Azərbaycan xalqları arasındakı dost münasibətdən nigaran olaraq, bu münasibətləri korlamağa çalışır.

Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində daha sonra vurğulayıb: İşğalçı İsrail rejimi İran İslam Respublikasının Qafqaz ölkələri ilə dost münasibətlərinə dözə bilmir və bu münasibətlərə zərbə vurmaq üçün heç bir fitnədən çəkinmir.
O, Azərbaycan Respublikası prezidentinin Tehrana olan son səfərinə işarə edərək, deyib: Bu səfər iki ölkənin müsəlman, şiə və dost xalqı arasında münasibətlərin inkişafı ilə bağlı ümidlərin artmasına səbəb olub. Amma, aydın idi ki, işğalçı rejim bu məsələdən nigaran olub və pozuculuq törətmək istəyəcək.
Ərdəbilin imam cüməsi əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdə buyurduqları kimi, İsrail heç bir vəchlə İran və Azərbaycan xalqları arasında dost münasibətlərin olması ilə razılaşa bilmir.
Höccətülislam Seyid Həsən Amili daha sonra deyib: Tehran səfərinin başa çatmasından sonra, hələ İlham Əliyev Bakıya çatmamış, İsrailin xarici işlər naziri Azərbaycan Respublikasına səfər etdi ki, bu səfərin mahiyyətindən xəbərdar və onun nəticələrinin gerçəkləşməsinə mane olsun.
Ərdəbilin imam cüməsi əlavə edib: Tehran-Bakı arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrası yolunda mane yaratmaq və iki ölkə arasındakı münasibətlərdə pozuculuq törətməkdən başqa, İsraillilərin Azərbaycandakı iştirakının ikinci səbəbi İran İslam Respublikasına qarşı casusluqdur.
Onun dediyinə görə, İranın nüvə alimlərini terror edənlər İsrail casusları ilə Azərbaycan ərazisində görüşüblər və bu sahədə lazım olan göstərişlər və təlimləri orada alıblar.
Amili daha sonra deyib: Sionist rejimin Azərbaycan Respublikasındakı başqa missiyası bu ölkə islamçıları ilə mübarizədir. İsraillilər dəfələrlə xəbərdarlıq ediblər ki, Bəhreyn hadisələrinin Azərbaycanda təkrarlanmasına və islamçıların güclənməsinə icazə verməyəcəklər.
Ərdəbilin imam cüməsi vəhhabilik təhlükəsinin Qafqaz məntəqəsidə genişlənməsinə işarə edərək, deyib: Bu məntəqə ölkələrinin rəsmiləri vəhhabilik təhlükəsinin böyüklüyünü dərk etdikdə, bu çirkin fenomenin kökünü məntəqədən kəsmək istədilər. Lakin, İsrail və Amerika buna mane oldular.
ayətullah Amili deyib: Vəhhabilik, Əl-Qaidə, İŞİD, Ənnüsrə və digər terrorçu dəstələr ABŞ və İsrail tərəfindən yaradılıblar. Onlar bu terrorçu qruplar vasitəsilə dünyada İslama qarşı qorxu hissi yaratmağa çalışırlar.
Ərdəbilin imam cüməsi Amerika, İsrail və Avropanın terrorçuları himayə etmələrinə toxunaraq deyib: Hazırda bizim region həssas bir mərhələni təcrübə edir. Onların regionla bağlı planları var və ayıq olmaq lazımdır.
O təkid edib ki, münafiqlər, Pejak, PKK İsrail rejimi və Amerikanın buyruq qulu kimi bu xalqın pak övladlarının qanını axıtmaq, onları şəhid etmək üçün fərman gözləyirlər.

Hazırda Yaxın Şərq ən həssas dönəmdədir. Məntəqə mühüm hadisələr astanasındadır. ABŞ, İsrail və bəzi Avropa ölkələri məntəqə üçün təhlükəli planlar hazırlayıb.
İsrail bu həftə PEJAK rəhbərliyində dəyişiklik etmək niyyətindədir. PEJAK, PKK, Münafiqlər, Cundul-həqq, DAESH (İŞİD), Ən-Nüsrə və bu kimi digər qruplaşmalar İsrail və dünya imperializmi əlində olan vasitələrdir. Onların silahlandırılması və digər ehtiyaclarının ödənməsi “Aman” tərəfindən həyata keçirilir.
İsrailin 3 güclü kəşfiyyat orqanı var: “Mossad”, “Şabak” və “Aman”.
Şabak daxili əmniyyət işləri ilə məşğul olan təhlükəsizlik orqanıdır. Şabakın başçısı Tehranda doğulmuş iranlı bir yəhudidir.
Aman İsrail ordusuna nəzarət edən hərbi təhlükəsizlik orqanıdır. Aman təşkilatının dünyadakı əsas fəaliyyəti müxalif hərbi qruplar yaratmaq, həmçinin hazırda mövcud olan qrupları himayə etməkdir.
ABŞ və İsrailin kəşfiyyat orqanları İslamla mübarizə aparmaq üçün Əl-Qaidə və DAESH (İŞİD) kimi terror qruplaşmalarını formalaşdıraraq müxtəlif dövlətləri bu silahlı qruplaşmalar vasitəsi ilə kontrol edir. Onlar bu yolla İsrail üçün təhlükəsizlik zolağı yaradır.
Həzrət Ayətullah Amili sözlərinin davamında buyurub: Suriya hadisələrindən sonra Qafqaz dövlətləri ciddi şəkildə təkfirçi qruplaşmaların kökünü qazmaq qərarına gəldi, amma ABŞ və İsrail onların bu işinə mane oldu.
O əlavə edib: İsrail məntəqədə baş verən hadisələrin idarəçiliyi üçün böyük pullar xərcləyib. Biz İlham Əliyevin İrana səfərinin həmən ardınca Libermanın Azərbaycana səfərini bu zəmində atılmış addımlardan sayırıq.
İsrail Azərbaycanda üç əməliyyat həyata keçirmək ardıncadır. Onlar bütün gücləri ilə bu üç əməliyyatın baş tutmasına çalışır. Birincisi budur ki, onlar İran-Azərbaycan münasibətlərini korlamaq niyyətindədirlər. İşğalçı İsrail rejimi heç vəchlə bu iki ölkə arasındakı rabitələrin yaxşılaşmasını həzm edə bilmir. İsrail xarici işlər nazirinin yüksək rütbəli rəsmilərlə birlikdə Azərbaycana son səfərində məqsəd İlham Əliyevin İran səfərinin detallarının öyrənilməsi idi.
Böyük rəhbər Ayətullah Xamenei İlham Əliyevlə görüşdə ona İsrailin iki ölkə arasında münasibətlərə vura biləcəyi zərərləri yada salaraq buyurdu: Bir sıra ölkələr, o cümlədən sionist rejim İran İslam Respublikası ilə Azərbaycan arasındakı möhkəm rabitələrdən narahatlıq hissi keçirir. Onlar daim bu rabitələrə ziyan vurmaq ardıncadır.
O əlavə edib: Bu günədək Azərbaycanla İran arasında imzanlanmış müqavilələrin böyük bir hissəsinə əməl edilmir. Bu yolda olan yeganə maneə İsraildir.
İsrailin Azərbaycandakı ikinci əməliyyatı İranla bağlı məlumat toplamaq, casusluq və İranın daxili işlərinə müdaxilədir. İranın nüvə sahəsində fəaliyyət göstərən alimlərinin Mossad tərəfindən terror planının da ilk addımları Bakıda atılıb. Terrorda iştirak etmiş iranlı amillər Mossad üzvləri ilə Bakıda görüşüb, müzakirələr aparıb. Bu səbəbdən bizim İsrailin xarici işlər nazirinin Bakıya səfəri ilə bağlı nigaran olmağımıza haqqımız var.
Nəhayət, 3-cü əməliyyat, İslamçı fərdlərin zərərsizləşdirilməsidir.
Azərbaycan həbsxanalarında olan bütün dindarlar İsrailin planı əsasında həbs edilib. İsrail düşünür ki, Azərbaycan xalqı Bəhreyn xalqı kimi etiraz aksiyaları ilə kifayətlənməyəcək. Bu xalq hərəkətə keçərsə bütün şeylər əldən çıxacaq. Onlar bildirib ki, zəif idarəçilik səbəbindən İslamçıların güclü bir müxalifətə çevrilməsi üçün şərait yaranıb. Bu böyük bir faciədir və qarşısı alınmalıdır.
İsrail Təhlükəsizlik Nazirliyinin qəbul etdiyi son qərarda bildirilir ki, İsrail Qafqazda “Məntəqədə hər şey İransız” strategiyası ardınca olmalıdır. Elə bu səbəbdən də əlində olan bütün imkanlardan, xüsusi ilə Mossaddan istifadə edərək İranın siyasi, mədəni nüfuzunu azaltmaq ardıncadırlar. Onlar İranın digər dövlətlərlə olan rabitələrini pozmağa, islamçıları nəzarətdə saxlamağa, İranın məntəqədəki iqtisadi mənafelərdən məhrum edilməsinə səy göstərirlər.
Ərdəbil imam cüməsi xütbənin sonunda İsrailin məntəqəyə daxil olmasına səbəb olan şəxslərə bu ayəni qiraət edib:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
“Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.” (Maidə, 51)

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button