AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Biləsuvar imam cüməsi: Azərbaycan və Türkiyə ölkələri mənfur sionist rejimi ilə dostluq etməyin aqibətini düşünməlidir

Biləsuvarın cümə namazı xətibi deyib: “Azərbaycan Respublikası və Türkiyəyə tövsiyə edirəm ki, sionist rejimi ilə dostluq edən dövlətlərin taleyini mütaliə etsinlər və İran əleyhinə təxribatdan əl çəksinlər.”

Qafqaz Həqiqətləri xəbər verir ki, höccətül-islam Cabir Əzizi bu həftənin cümə namazı xütbələrində hamını ilahi təqvaya əməl etməyə çağırmaqla yanaşı şimal-qərb bölgəsində keçirilən “Xeybər fatehləri” hərbi təlimlərə də toxunaraq deyib: “Ölkəmizin silahlı qüvvələrinin bugünkü gücü elə bir həddə çatıb ki, biz hərbi manevrlərdən danışdıqda düşmənlərimizin gözünə yuxu getmir.”

Xətib əlavə edib ki, İran İslam Respublikası qəsbkar sionist rejiminin və Türkiyənin oyuncağına çevrilmiş Azərbaycan Respublikasının son fitnələrinə etinasız yanaşmır, Qafqaz və Avrasiyaya çıxış olan sərhədlərini qorumaq üçün hər səviyyədə müqavimət göstərməyə hazırdır.

Biləsuvar imam cüməsi İlham Əliyev və Rəcəb Təyyib Ərdoğana xitab edərək deyib: “Azərbaycan Respublikası və Türkiyə başçılarına tövsiyə edirəm ki, qəsbkar sionist rejimi ilə dostluq edən hökumətlərin başına gələn hadisələri dərindən mütaliə etsinlər və İran İslam Respublikası əleyhinə təxribat illüziyasından əl çəksinlər. Çünki bizim silahlı qüvvələrimiz hətta təxribat illüziyasına da dözməyəcək və düşmənin ən kiçik hesablama səhvinə də cavab verməyə hazırdır.”

Əzizi İran İslam Respublikasının regional gücünü xatırlatmaqla yanaşı qonşulara xəbərdarlıq edib ki, elə də uzaq olmayan gələcəkdə İran dünyanın ən üstün gücünə çevriləcək və qəsbkar sionist rejimi ilə dostluq edən qonşuların xəyanətini görməməzlikdən gəlməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button