AktualAktualArxivIslammədəniyyatSosialTarixXəbər lentiXəbərlər

Beynəlxalq Məscid Günü; işğalçı sionist rejimi cinayətlərinin xatırlanması

21 avqust Beynəlxalq Məscid Günü adlanmışdır. 1969-cu il belə bir gündə dünya müsəlmanlarının ilk qibləsi olan Məscidul-əqsa sionistlər tərəfindən yandırıldı.

Məscidul-əqsa İslam dünyasının ikinci məscidi sayılır və əhəmiyyətinə görə Məscidul-həram və Məscidun-nəbidən sonra dayanır. Müsəlmanların ilk qibləsi olduğundan bu məscid onlar üçün çox önəm daşıyır.

Amerikada xristian və sionistlərdən ibarət formalaşmış bir cərəyan belə inanır ki, həzrət İsanın (ə) zühur etməsi üçün Məscidul-əqsa dağıdılmalı və həzrət Süleymanın (ə) üçüncü məbədi tikilməlidir. Bu inanc əsasında işğalçı sionistlər Məscidul-əqsanı yandırdılar. Belə bir gündə çoxlu sayda ifratçı sionist məscidə hücum etdi, 4400 metr sahəyə malik olan məscidin 500 metr sahəsini yandırdılar.

Bu hadisədən bir neçə il sonra həmin münasibətlə İran İslam Respublikasının təklifi və İslam Konfransı Təşkilatına üzv ölkələrin qəbul etməsi ilə 21 avqust Beynəlxalq Məscid Günü adlandırıldı.

Beynəlxalq Məscid Günü də eynilə Beynəlxalq Qüds Günü kimi İran İslam Respublikasının təşəbbüs və təklifi olaraq müsəlman ölkələrinin nümayəndələri tərəfindən qəbul edilmiş və bir sıra İslam ölkələrinin dini təqvimində yer almışdır.

Qeyd edək ki, ekstremis sionist Denis Michael Rohan bir neçə yəhudinin köməyi ilə 1969-cu il 21 avqust səhər saat 7-də Məscidul-əqsanı yandırdı. Həyata keçirilmiş araşdırmalar şübhələri doğrultdu və məscidin yandırılmasının sionistlər tərəfindən planlı şəkildə həyata keçdiyi məlum oldu. Yanğını söndürərkən suyun kəsilməsi, su nasosu mühərriklərinin işə düşməsinin gecikməsi, müsəlman yanğınsöndürən qrupların qarşısının alınması da bu məsələni bir daha təsdiq edirdi.

Arzu edirik ki, işğal altında olan bütün məscidlər, o cümlədən Məscidul-əqsa, Qüds və işğal edilmiş Qarabağdakı məscidlər kimi müsəlmanların bütün məscidləri tezliklə azad olsun və müsəlmanların qəlblərinə məlhəm olsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button