ArxivXəbər lentiXəbərlər

Kadırov Qərbi terrorizmlə mübarizədə ikili standartlarda ittiham etdi

“Onlar niyə susurdular?”.

Çeçenistanın rəhbəri Ramzan Kadırov Avropa ölkələrinin liderlərinin yüz minlərlə əfqanlının, suriyalının, misirli və liviyalının ölümü ilə əlaqədar keçirilən heç bir etiraz yürüşlərinə rəhbərlik etmədiklərini ədalətsizlik hesab edir. Bu barədə Kadırovun İnstagram-ında yazılıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov terror aktlarının dünya dövlətlərinin liderləri tərəfindən qınanmasını alqışlayır, lakin Çeçenistanın rəhbəri qeyd edib ki, onlar bütün dünyada deyil, bir ölkədə baş verən terror aktını qınayıblar.

“Qroznıda Hökumət evi xalq tərəfindən seçilmiş Əhməd Hacı Kadırov və onun tərəfdaşlarının həlak olduğu stadionun tribunalarını partladılanda, Beslanda məktəb zəbt ediləndə, Dubrovkada girov götürüləndə, Qroznıda dekabr ayında Nəşriyyat evini və məktəbi zəbt edəndə onlar niyə susurdular?” – Ramzan Kadırov yazıb.

Çeçen Respublikasının rəhbəri ehtimal edir ki, Fransada terror aktları antiislam əhval-ruhiyyəsinin qızışdırılması üçün planlaşdırılmış aksiyadır.

Kadırov həmçinin ümid edir ki, Rusiya KİV-i Məhəmməd peyğəmbərin karikaturalarını çap etməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button