ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bayrağımız qırmızı xəttimizdir!

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə olunan hücumu pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:
“Mərhəmətli və Mehriban Allahın adı ilə.
Üç rəngli bayrağımız müstəqilliyimizin rəmzi və mücəssəməsidir. Müstəqilliyimiz isə bizim altı təkidlə çizilən qırmızı xəttimizdir. Deməli, daim ucalarda dalğalanan bayrağımız da, bir millət olaraq bizim qırmızı xəttimiz sayılır. Bütün bunları nəzərə alıb son məlum hadisəyə etirazımızı belə ifadə edirik. Üzərində şəhidlərimizin qanının hələ də qurumadığı üç rəngli bayrağımıza qarşı sərgilənən hörmətsizlik və təhqiri əsla qəbul etmir, qətiyyətlə pisləyir və kəskin şəkildə qınayırıq. Eyni zamanda, hakim rejmi İmam Hüseyn (ə) məktəbinə yönəlik ağılsız düşmənliklərə son verməyə çağırırıq.
Uca Rəbbimiz millətimizi qorusun.”
Tale Bağırzadə.
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası.
8 Avqust 2022-ci il.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button