Quterreş: İran öz milli təhlükəsizliyinin pozulması qarşısında müdafiə haqqına malikdir
BMT baş katibi vurğulayıb: İran İslam Respublikası beynəlxalq hüquqa əsasən, öz ərazi bütövlüyü və milli təhlükəsizliyinin pozulması qarşısında özünümüdafiə və qanuni müdafiə haqqına malikdir.
İran Xarici İşlər Nazirliyinin başçısı Əli Baqiri sionist rejimin Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyəni terror etmək üzrə hərəkəti barədə BMT baş katibi Antonio Quterreşlə apardığı telefon söhbətində onunla bu haqda məşvərət edib.
Baqiri vurğulayıb: Sionist rejimin Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyəni Tehranda terror etmək üzrə hərəkəti, İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı təcavüzdən və İranın suverenliyinin pozulmasından əlavə, regional və beynəlxalq sülh və sabitliyin təhlükəyə düşməsinə bais olub və İran/ cinayətkar sionistlərin cəzalandırılmaları istiqamətində qarşılıqlı addım atmaq və özünü müdafiə etmək üzrə öz təbii haqqından keçməyəcək.
O, bu söhbətin davamında İran İslam Respublikasının xahişi ilə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsinə işarə edib. Baqiri Amerika və Avropa ölkələrinin İsmayıl Həniyyənin Tehranda terror edilməsinin pislənilməsinin qarşısını almaq üzrə hərəkətlərini pisləyib və vurğulayıbdır ki: Beynəlxalq ictimaiyyət/ beynəlxalq sülh və sabitliyin qorunması üçün bu cinayətkar rejim qarşısında dayanmalıdır.
İran Xarici İşlər Nazirliyinin başçısı sonra sionist rejimin cinayətkarcasına hərəkətlərilə mübarizə və bu hərəkətlərin pislənilməsi istiqamətində İran İslam Respublikasının təklifi ilə İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin fövqəladə iclasının keçirilməsinə təkid edib.
BMT baş katibi Antonio Quterreş də/ bir bəyanatda sionist rejimin Beyrutun cənubuna və Tehrana qarşı iki hücumunu pislədiyini bildirib.
Quterreş sonra belə qeyd edib: İran İslam Respublikası beynəlxalq hüquqa əsasən, öz ərazi bütövlüyü və milli təhlükəsizliyinin pozulması qarşısında özünümüdafiə və qanuni müdafiə haqqına malikdir. O, həmçinin Livanda hərtərəfli müharibənin baş verməsi ehtimalı və onun təsir və nəticələri ilə bağlı nigarançılıq edib.
İran Xarici İşlər Nazirliyinin başçısı bu telefon danışığının sonunda vurğulayıb: Dünya ictimaiyyəti sionist rejimə təzyiq göstərməklə bu rejimin Qəzzədəki cinayətlərinin davam etməsinin qarşısını almalı və bu zolağın məzlum əhalisini Təl-Əvivə hakim kəsilmiş cinayətkar bandit dəstəsinin şərindən xilas etməlidir.