ArxivIslamXəbər lentiXəbərlər

İmam Zamanın (ə) zühur etməsi ilə novruz bayramının əlaqəsi

Bəzi hədislərdə 12-ci imamın zühur etmə zamanın novruza təsadüf edəcəyi ilə bağlı xəbərlər verilir

İslaminSesi – Dünyanın zülmlə dolacağı zaman Allahın izni ilə bir xilaskar zühur edib, onu ədalətə bürüyər. Bu fikir təkcə islam dini deyil digər səmavi dinlərdə də mövcuddur. İslam dini daxili məzhəblərinin hamısında da bu xəbər yer alıbdır. Lakin imamiyyə məzhəbində yer alan çoxsaylı tutarlı sənədlər və sübutlara əsasən xilaskar qeybə çəkilmiş 12-ci imamdır.

Mötəbər hədislərə əsasən İmam Zamanın zühur etmə vaxtını elan edənlər yalançıdırlar. (Şeyx Tusi, Kitabul-Ğayba səh 261) Amma bununla yanaşı İmam Zamanın zühur edən zamanında baş verəcək əlamətlərdən və bəzi zamanlardan söz açılır.(Kəmaluddin cild-2, səh-653) Bu o deməkdir ki, yalançılar imamın zühur etməsininin vaxtını dəqiqliklə iddia edənlərdir. Amma imamın cümə günündə, yaxud şənbə günü, aşura günü, yaxud da axşam namazı vaxtı və sair ümumi zamanlarda zühur edəcəyini deyən hədis və ya kimsə yalançı sayılmaz. Çünki burada dəqiq tarix qeyd edilməyib

Qeyd edək ki hədislərdə cümə gününün İmam Zamana xas olduğu deyilir. Bu əsassız deyil. İmamın aşura günündə də zühur edəcəyi haqda hədislər var.

İndiyə qədər eşitmədiyimiz hədislərdən biri də imamın novruzda zühur etməsini deyən kəlamdır

Əllamə Məhəmməd Baqir Məclisi qiymətli Bəharul-Ənvar əsərində (cild-52, səh-208) imamın novruzda zühur edəcəyini deyən hədisi gətiribdir.

İmamın novruzda, aşura, ya cümədə, və ya axşam namazı vaxtı zühur etməsini deyən hədislər arasında təzad yoxdur. Çünki novruz hicri-şəmsi tarixi, aşura isə hicri-qəməri tarixi ilə hesablanır, bunların hər ikisinin cüməyə təsadüf etməsi də qeyri mükün deyil

Burada maraqlı bir məqam da mövcuddur. Əllamə Məclisi Bəharul-Ənvar əsərində  (cild-99 səh 101) İmam Zaman barədə deyilən ziyarətnaməni gətirir. Ziyarətnamədəki bu sitat çox diqqət çəkir “Salam olsun sənə ey insaniyyətin baharı, günlərin yaşıllığı”

Bu ifadələr daha çox novruzun simvolu olduğu bahara və bu fəslin gəlişi ilə təbiətin yenidən dirilməsinə işarədir. Təbii ki imamın zühur etməsi də baharın təbiəti diriltdiyi kimi onun zühuru yer üzünə yeni nəfəz verəcək (Ən gözəl bilici Allahın özüdür)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button