ArxivQarabağSosialXəbər lentiXəbərlər

Yaralı əsgərimizin 347 manat qaz borcu var

Tovuzda döyüşüb yaralanan əsgərimizin 347 manat qaz borcu var imiş

Masallı rayonu Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qaz borcu və ağır sosial durumu haqqında sosial şəbəkələrdə yer alıb. Cənub.az saytının redaktoru, jurnalist Zahir Əmənov ailənin maddi cəhətdən problemləri olduğunu, ağır xəstə olan anasının müalicə üçün imkanı olmadığını yazmışdı.

Nurlan Quliyevin ailəsinin 347 manat qaz borcu olduğu da məqalədə yer almışdı.  Azərbaycan Dövlət Neft Şirkətininin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə ailənin qaz borcu ödənib.

Bu barədə məlumat gedən kimi məsələyə “Azəriqaz”ın rəhbərliyi dərhal reaksiya göstərib. Məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib.

Yerində araşdırma aparılaraq həqiqətən də Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə baş sağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, – deyə “Azəriqaz”ın açıqlamasında bildirilir.

Qeyd edək ki, yaralı əsgərin anasının müalicəsi ilə bağlı yaranmış problem də həll edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button