ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanlı deputat Kirmandakı terror aktı ilə bağlı gülünc fikirlər irəli sürüb

Anti-İran mövqeyi ilə seçilən deputat Fazil Mustafa Kirmanda törədilən qanlı terror aktı ilə bağlı sərsəm fikirlər irəli sürüb.
Deputat Axar.az-a deyib: “Bizim kifayət qədər faktlarımız var ki, İran başqa ölkələrdə bir sıra terror aktlarına imza atmış ölkədir. İndi isə öz ölkəsində terror baş verib. Və bununla İran anlamalıdır ki, terror ən murdar yoldur”.
F.Mustafanın sözlərinə görə, bu terror aktı İrana bir mesajdır: “Başqa ölkələrdə terroru dəstəkləyənlər hər zaman öz ölkələrində də belə bir hadislərin baş verə biləcəyi ehtimalını diqqətdən qaçırmamalıdırlar”.
Azərbaycanlı deputatın İranı terrorizmdə şərləməsi elə bir haldadır ki, bu dövlət Yaxın Şərq regionunda terrorla mübarizədə artıq bir modelə çevrilib və onun istər Suriyada olsun, istərsə də İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizədə canfəşanlıq göstərdiyini hətta düşmən ölkələr də belə etiraf edirlər. O da məlumdur ki, Dəməşq və Bağdad məhz şəhid general Qasim Süleymaninin müdrik hərbi planları nəticəsində ciddi təhlükədən xilas oldu və ABŞ-ın dəstəklədiyi təkfirçilərin əlinə keçmədi. Məhz bu səbəbdən də sərdar Süleymani Amerikanın birnömrəli hədəfinə çevrilərək terror edildi.
Yəqin ki, Fazil Mustafanın bunlardan xəbəri yoxdur, amma Azərbaycan xalqı İranın terrorizmlə mübarizədə öncül olduğunu, hətta Birinci Qarabağ Savaşında erməni terroruna qarşı mübarizəyə necə töhfə verdiyini gözəl bilir.
Digər tərəfdən xatırlatmaq lazımdır ki, İran İslam Respublikası formalaşdığı ilk gündən bu günə qədər terrorun qurbanı olub. İslam İnqilabının ilk illərində Xalq Mücahidləri Təşkilatı adlanan Münafiqlər və Fürqan Qruplaşması bir çox dövlət rəsmilərini qətlə yetirdilər. Son illərdə sionist rejimin kəşfiyyat xidmətləri tərəfindən İranın nüvə alimlərinə qarşı məqsədyönlü sui-qəsdlər həyata keçirilib. Hazırda İranın şərq və şimal-qərb sərhədlərində terrorçu qrupların fəaliyyəti davam edir və bu yaxınlarda Şirazda Şahçıraq ziyarətgahında terakt törədildi.
Əslində İran İslam Respublikası bəlkə də dünyanın nadir ölkələrindəndir ki, bu qədər dövlət xadimi və vətəndaşları kor və qara terrorun qurbanı olub.
Maraqlıdır ki, 17 mindən çox iranlı, 5 iranlı nüvə alimi və terrorla mübarizənin böyük qəhrəmanı şəhid Hacı Qasım Süleymani Amerika rejimi tərəfindən qətlə yetirilsə də, Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu vəhşiliklərə gözlərini yumdular. Üstəlik İran insan haqlarını pozmaqda və terrorda ittiham olundu!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button