ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bakıda İslamda qadının tərbiyəvi və ictimai rolu adlı konfrans keçirildi

İki dünyanın xanımı Həzrəti Fatimə Zəhranın (s) mövludu münasibəti ilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində 22 yanvar tarixində  “İslamda qadının tərbiyəvi və ictiami  rolu” adlı konfrans keçirilib.

İki dünyanın xanımı Həzrəti Fatimə Zəhranın (s) mövludu münasibəti ilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində 22 yanvar tarixində  “İslamda qadının tərbiyəvi və ictiami  rolu” adlı konfrans keçirilib. Konfransda İran İslam Respublikasının Azərbaycandakı səfiri, din xadimləri və mədəniyyət alimləri, İran İslam Respublikasının diplomatları, Əhli-Beyt (ə) aşiqləri iştirak etmişlər. Tədbir Qurani kərimin oxunması ilə başladı. Dahasonra İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) anadan olması ilə eyni zamanda olan Həzrəti Fatimənin (s) mövludu və Qadınlar günü münasibətilə iştirakçıları təbrik edərək dedi:

Biz hər il elə bir şəxsin mövlud gününü qeyd edirik ki, Allah-Təala, Peyğəmbəri-əkrəm və bütün pak imamlar tərəfindən mədh olunur. Peyğəmbər (s) behiştin Fatimənin (s) intizrında olduğunu buyurur. Onunla dostluğu özü ilə dostlu onunladüşmənçiliyi isə özü ilə düşmənçilik bilir. Əli (ə) də həmişə Fatimə (s)h ilə fəxr edərək deyir: Fatimə mənim üçün fəxrdir. İmam Zaman (ə.c) Fatiməni (s) özü üçün nümunə sayır.

O, elə bir şəxsiyyətdir ki, İslam dünyasında qadınlara örnək kimi təqdim olunub və Həzrət Fatimənin ölçülərinin şəxsiyyəti araşdırılmalıdır ki, bu savadlı alim müasir qadınlara necə örnək sayıla bilər? Zəhranın övladlarını böyütməkdə uğur qazanmasının sirri onun həyatını öyrənməyi tələb edir.

Fatimə bütün dövrlər üçün əbədi bir örnəkdir və O, təkcə öz əsrinə aid deyil, qısa ömür sürməsinə baxmayaraq, ömrünün hər səhifəsi bütün insanlar üçün bir həyat dərsidir.

Əgər biz qadınların övlad tərbiyəsində rolunu, eləcə də ictimai həyatda rolunu təbliğ etmək istəyiriksə, Fatimeyi Zəhranın (s) həyatını mükəmməl bir nümunə kimi öyrənmək bizə çox kömək edər.

Övlad böyütməzdən əvvəl həmin həzrətin evlilikdə nümunəsinə nəzər salmalıyıq ki, Həzrət Zəhra (ə) evliliyində ilahi razılıq əldə edib, həyatında ilahi dəyərləri və normaları tətbiq edib, əri ilə gözəl yoldaş, təvazökar olmuşdur.

Bəzi sahələrdə, məsələn, ibadət və əxlaqi təlimlərdə Fatimeyi Zəhra (s) ümumi və xüsusi olaraq məşhur idi və uşaq böyütmək və evdə işləməkdən əlavə, Fatimeyi Zəhranın (s) ictimai və siyasi mövqeləri onu təcrid olunmuş bir xanım çevrəsindən uzaqlaşdırır.

Bu gün cəmiyyətimiz üçün vacib olan Zəhranın (s) xasiyyətini müasirləşdirmək və onun şəxsiyyətinin ölçülərini müasir dövrdə gənc nəsillərimiz üçün işıqlandırmaqdır. O, İslamda ailənin ən təməl sosial institut olduğunu göstərir. Bu nikahla formalaşır və uşaqların düzgün tərbiyəsi ilə ictimai həyatda və insan cəmiyyətində bilavasitə təsirli ola bilir.

Tədbirin davamında QMİ nin nümayəndəsi, Buzovna Cümə məscidinin ruhanisi Hacı Soltan Əlizadə çıxış edərək dedi: Dünyada elə insanlar var ki, bir şəhər və ya ölkə ilə məhdudlaşmır, bütün bəşəriyyətə mənsubdur və onların nümunəsi 14 məsumdur. Həzrət Zəhra  (s) həm yerdə, həm də ərşdə hörmət sahibi olan şəxsdir.

İslamda nübüvvət, vəlilik və ən yüksək məqam olan imamətin üç məqamı vardır və həmçinin qadının həyatında üç mühüm mərhələ vardır. Evlənməmişdən əvvəl, evləndikdən və ana olandan sonra. Həzrət Zəhra (ə) bu fəzilətdə bütün insanlardan ucadır və yüksək məqama malikdir. Çünki o, peyğəmbərlik qızıdır ,O,  İslamın böyük peyğəmbəri Əşrəf Ənbiyadır (evlənmədən əvvəl). Həzrət Zəhranın (s) həyat yoldaşı (evləndikdən sonra) vəlidir və imamətin üçüncü mərhələsində İmam Həsən və İmam Hüseynin (ə) anasıdır (ana olmaq). Bu vəzifədən yüksək vəzifə yoxdur.Fatimə (s) insanlıq modelidir.

Fatimeyi Zəhranın (s) ibadətdə məqamı yüksək idi və namaz qılarkən evinin içindən bir nur qalxar və rükuda yetmiş dəfə onu zikr deyardi və o qədər ibadət edərdi ki, ayaqları şişərdi.Allah Təala Zəhranın səcdə səhnəsini mələklərə göstərirdi.

Birinci sözdə Allah nuru, ikinci kəlmədə ruhu, Peyğəmbərin nurundan isə ərşi, məşhur şair Nəsiminin söylədiyi kimi , ərş və yer onun üçün yaradılmışdır. Əlinin (ə) nurundan mələkləri yaratmışdır və Zəhranın (s) nurundan yeri və göyü yaratmışdır. İmam Hüseyn (s) nurundan behişti yaratmışdır. Belə bir şəxsiyyət bütün dövrlərdə hamının nümunəsi olmalıdır və ümidvaram ki, bizim ailələr Fatiməyə (s) eşq bəsləməklə böyüsünlər və Onun yolunu gedsinlər.

Bu tədbirin davamında sosial psixoloq doktor Şəfiqə Əhmədova Həzrət Zəhranın mövludu münasibəti ilə təbrik deyarak valideynlərin, xüsusən də anaların sosial həyatda üzərinə düşən məsuliyyətdən danışaraq dedi: “Çağdaş dövrümüzdə gənclərimiz yeniyetmələr ideoloji problemlərlə üzləşiblər”. Qeyri-dindar ailələrdə böyüyən yeniyetmələr dünya işləri ilə yaşayırlar, amma dindarlarımız həm dünya həyatını sağlam mühitdə yaşamalı, həm də axirətə fikir verməlidirlər və bu çox çətin və məsuliyyətlidir. Bu valideynin məsuliyyətini daha çox artırmış olur.

Tədbirin davamında Əhli beyt (ə) şairi və Kövsər Məcmə şüərasının müdiri Gülbala Fənayi iştirakçıları təbrik edərək dedi: Biz sadə insanlar üçün Həzrət Zəhra (s) kimi bir şəxsiyyət haqqında danışmaq çox çətindir. Həzrəti Sadiq (ə) dedi ki, Zəhra anamız Kövsər ayəsinin nümunəsidir. O, bəşəriyyət üçün bir nümunədir və istər ibadət, istər siyasət, istər cəmiyyət, istərsə də Allaha bəndəlik və s., hər tərəfdən baxmalıyıq. Peyğəmbər buyurdu: “Qızım Fatimə ibadət etdiyi zaman Allah onunla mələklərinə ilə fəxr edirdi və bu, Zəhranın  ibadətinin zirvəsidir”. Həzrət başqa yerdə deyir ki, Zəhra ibadət edəndə yetmiş min mələk ona baxırdı. Fatimeyi Zəhra atasının anası idi və bu mənəvi mövqedir. Fatimə (s) peyğəmbərlik ilə imamət arasında körpüdür və birləşdirici halqadır. Hər tərəfdən baxanda nümunədir.

İran İslam Respublikaısnın Ali Dini Rəhbərinin zərbaycandakı nümayəndəsinin müavini höccətül-islam və müsəlmin cənab Mirsalam bu mərasimdə İbrahim peyğəmbərin (ə) qürurla keçdiyi ağır sınaqlardan bəhs etdi, Uca Allah ona imamət verdi və bu, Qurani-Kərimin ayələrində də qeyd olunur ki, bundan sonra İbrahim peyğəmbər mələkut aləmindən xəbərdar oldu  lakin bu hədiyyə onun övladlarına verilmədi. İslamın böyük peyğəmbəri həm peyğəmbərlik məqamına, həm də imamət məqamına malik bir şəxsiyyət idi və Allah ona vəd edir və deyir: “Sənə səndən başqa heç kimə vermədiyim bir şey verəcəyəm və Kövsər surəsi nazil olur. (Biz Sənə Kövsər verdik), Kövsərdə imamət, vilayət və sairə var. bu hədiyyə onun övladı Fatimeyi Zəhraya (s) və onun övladlarına verilmişdir. İmam Həsən Əsgəridən (ə) belə bir hədis var ki, “Biz yaradılışda Allahın höccətiyik, anamız isə bizim dəlilimizdir. Bu hədisdən Fatimeyi-Zəhranın yüksək məqamı hər kəsə aydın olur və Həzrət Zəhra öz yüksək şəxsiyyəti ilə şəxsi həyatımızda olduğu kimi ictimai həyatda da, qadınlarımıza isə həyatda mükəmməl örnək ola bilər. İslam bununla fəxr edir.Onların Fatimə kimi nümunəsi var.

Konfransda bir sıra Qarabağ müharibəsi şəhidlərinin olmasını nəzərə alaraq əlavə etdi: İkinci Qarabağ müharibəsində şəhid anaları dedilər: “Övladlarımızı Həzrət Fatiməyə qurban verdik”. Yadıma bir hədis düşdü o analar bilməlidirlər ki, övladlarını ən yüksək məqama fəda ediblər və bu, Fatimə olmanın nümunəsidir.

Qeyd edək ki, bu proqramda Vilayət ilahi mahnılar qrupu müxtəlif dini mahnılar oxudular.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button