ArxivFilm​mədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakıda evlərin bir addımlığındakı təhlükə: Narkomanların sıx toplaşdığı məkandan göruntülər – VİDEO

Günümüzün bəlasına çevrilən narkotiklər əslində hər kəs üçün təhlükə mənbəyidir.

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yaşayan sakinlər üçün bu təhlükə evlərinin bir addımlığındadır.

Bu barədə AzTV-də yayılan süjetdə deyilir.

Bildirilir ki, yarısökülü tikintidə narkotik istifadəçiləri məskən salıblar.

Məsələyə biganə qalmayan aidiyyəti qurumların əməkdaşları çəkiliş aparılan müddətdə əraziyə gələrək baxış keçiriblər və məkanın təmizliyinə başlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı deyib ki, həmin ərazidə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Belə neqativ əməllə məşğul olan şəxslər barədə həmin ərazidə yaşayan əhali də polis əməkdaşlarına məlumat verirlər. Keçirilən tədbirlər nəticəsində həmin neqativ əməllərin qarşısı alınır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button