ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakıda beynəlxalq qısa filmlər festivalı keçirilmişdir

Noyabrın 19-da saat 19 00-da Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib. Bu il festivala 76 ölkədən 3217 qısa film göndərilib. İki cizgi və bir qısametrajlı Film İran İslam Respublikasından göndərilmişdir. Filmlər beş gün müddətində nümayiş olunacaq. Müsabiqənin nəticələri son gün elan olunacaq.

Bu festival 2004 cü ildən Bakıda işə başlamışdır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Açılışda festivalın katibi Firuz Şami və Mədəniyyət nazirinin müavini Elnur müllim çıxış etdilər. İlk öncə Qarabağ şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Festival iki il tətildən sonra yenidən fəaliyyətə başlamışdır.

Festival çərçivəsində cənab Firuz Şami İran Mədəniyyət Mərkəzinin sdəri ilə görüşmüş və İran sinemasını çox yüksək qiymətləndirmişdir. Bildirmişdir ki keçmişdə olduğu kimi bundan sonra da çoxlu iranlı filmlərin festivalda iştirak edəcəyinə ümid edirik.

Keçən il irandan Hüseyn Mehdi festivalın qızıl nar mükafatına layiq görülmüşdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button