ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakı:Atəşkəs pozulub; İrəvan: Pozulmayıb

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan ordusu Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistan Müdafiə Nazirliyi isə xəbəri təkzib edib. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı həqiqətəuyğun deyil.

Nazirlik həmçinin bildirib ki, Ermənistanın Baş nazirinin ofisi atəşkəsin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib.Azərbaycan tərəfi hələ də bu təklifə reaksiya verməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button