ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakı və İrəvan gözləmə mövqeyinə keçiblər

Azərbaycan Respublikası və Ermənistan hökumətləri iki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı ziddiyyətli siyasəti gündəmdə saxlayırlar.

münaqişə tərəflərinin hərəkətləri belə bir fikir yaradıb ki, Ukraynanın Rusiya ilə müharibəsi sülh sazişinin imzalanmasına və sənədin imzalanması prosesinin uzanmasına əsas maneədir. Beləliklə, nə qədər ki, Rusiya Ukrayna müharibəsində iştirak edir, Bakı ilə İrəvan sülh sazişini imzalamaqdan çəkinəcəklər.

Görünən odur ki, Bakı və İrəvan rəsmilərinin bir-birini ittiham etməsinin, ziddiyyətli mövqelər sərgiləməsinin əsas səbəblərindən biri vaxt udmaq cəhdidir ki, bu səbəbdən də Azərbaycan və Ermənistan liderləri Rusiyasız sülh sazişi imzalamaqdan çəkinirlər. Belə bir şəraitdə bəzi maraqlı dövlətlər Azərbaycan və Ermənistan liderlərini müharibəni bərpa etməyə və üçüncü Qarabağ müharibəsini qızışdırmağa təhrik etməklə, Rusiyanı çətin vəziyyətdə qoymağa çalışırlar. Bu baxımdan Azərbaycanın müharibəyə həvəsləndirilməsi riski müydana çıxır. Son günlər Azərbaycan Respublikası mətbuatı və analitiklərin Ukrayna-Rusiya müharibəsinin yaratdığı psixoloji ab-havadan istifadə edib Qarabağda anti-terror əməliyyatına başlamağa dair çağırışları da şübhəsiz bununla əlaqədədir. Bu təhlillərə əsasən Moskvanın Kiyev qarşısında məğlubiyyəti qətidir və Vladimir Putin Rusiya prezidentliyindən uzaqlaşdırıla bilər. Ona görə də yaranacaq fürsətdən istifadə etmək lazımdır.

Məsələn, “Xural” jurnalının baş redaktoru, siyasi və təhlükəsizlik məsələləri üzrə ekspert Əvəz Zeynallı Müsavat TV-yə bildirib ki, Azərbaycan Respublikası tezliklə Qarabağda yeni əməliyyata başlayacaq. Zira mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan ordusu Ukrayna müharibəsinin regionda yaratdığı vəziyyətdən istifadə edərək Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni əməliyyata başlamalıdır.

Bu təlatümlü vəziyyətdə əlbəttə ki, münaqişə tərəfləri gündəmdə olan danışıqları da davam etdirməkdə meyilli görünürlər.

Azərbaycan Respublikası və Ermənistan qoşunlarının təmas xəttində davam edən gərginlik və sərhəd toqquşmaları fonunda rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyanlayıb və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu haqda açıqlama verib.

Daha əvvəl Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistana regionda kommunikasiya marşrutunun açılması, sülh sazişi və əsas prinsiplər barədə təkliflər paketinin təqdim olunduğunu bildirmişdir. Lakin rəsmi Bakının bu şərtlərdə israrlı qalması sülh danışıqlarını fiaskoya uğrada bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button