ArxivXəbər lentiXəbərlər

Tanınmış Ateist Ziya Balıyev Allahın varlığına inandığını elan etdi

Hədəf14.az xəbər verir ki, tanınmış ateist Ziya Balıyev Islam dinini qəbul edib. O Allahın varlığına inandığını etiraf edib. Ziya Balıyev bu barədə özünün şəxsi facebook səhifəsində yazıb. Həmin statusu sizə təqdim edirik 

“Əziz yoldaşlar, mən bir neçə gündür İslam dinini qəbul etmişəm. Artıq İslam dininin Şiə firqəsinin Cəfəri məzhəbindəyəm. Yəni, Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur, Hz.Məhəmməd Allahın rəsuludur və Hz.Əli Allahin vəlisi və höccətidir. Düzü bu məsələni açmaq istəmirdim, sadəcə uzun uzun təfəkkür etdikdən sonra belə qərara gəldim ki, bu məsələni gizli saxlamağım Allahın dinində olmağımdan utanmağım mənasına gəlir və şəxsi eqolarıma xidmət edir. Əgər bir neçə gündə gizli saxlamam bu məqsədlə olubsa və şeytan məni belə olmadığına inandırıbsa, şeytandan Allah sığınıram və bağışlanacağıma ümid edirəm. İslamı qəbul etməm heç bir sübuta dayanmır. Yəni Allahın varlığına, Hz.Məhəmmədin rəsulluğuna heç bir rasional dəlilim yoxdur. Sadəcə daha əvvəl qeyd etdiyim kimi, içimdən gələn səsi dinlədim və sübutsuz inancın daha müqəddəs olduğunu dərk etdim. Əgər yanlış qərar vermiş olsam belə (inanıram ki belə deyil) bir şey itirmiş deyiləm. Daha gözəl, daha saxlam, daha ümidli və daha disiplinli həyat vəd edir mənə İslam və bundan xoşbəxtəm. Təqlid məsələsində konkret qərar verə bilmədim. Ayətullah Məkarim Şirazi mənim üçün daha höccətdir və Vilayəti fəqih nəzəriyyəsini qəbul edən digər iki alimi Ayətullah Xamenei və Cavad Amulini əsas götürürəm. Lakin yenə də tam təqlidim yoxdur, çünki razılaşmadığım məqamlar vardır. Bunlardan başlıcası namaz və kafirin nəcasət olmasıdır. Cəfəri olsam da Namaz fəlsəfəm Cəfəriliyin Namaz fəlsəfəsindən fərqlənir. Bu Allahla mənim aramda olan ünsiyyət forması olduğu üçün açıqlama vermirəm. Ümid edirəm ki, yanılmıram, əgər yanılıramsa da, Allahdan doğru yola gəlməmi istəyirəm. İhdinəs sıratal müstəqim. Kafirin də nəcasət olmasını qəti surətdə qəbul etmirəm. Qeyri müsəlman dostlarım yenə də mənim dostumdu, canımdı, qardaşımdır. Buna iki əsasım var: Hz.Əlinin Nəhcül bəlağədə Malikə dediyi “Müsəlmanlar din qardaşın, qeyriləri isə insanlıqda səninlə eynidir” cümləsi və Qurani Kərimdə Mumtəhənə 8 və 9-cu ayələridir. Bu məsələdə qərarım qətidir və İnşəAllah ki yanılmıram. Təvəssül məsələsində də, öncələr etmərəm desəm də, indi edirəm. Lakin təvəssülüm sadəcə 3 nəfərədir, başqa heç kimə; Hz.Əli, Xanım Zeynəb və İmam Cəfər Sadiq. Ateist olduğum müddətdə vicdan mənimçün nə idisə, indi də odur. Yəni, fəaliyyətimdə obyektiv olacam. Mənə sərf edir deyə müsəlmanı tərifləyib, qeyrisini pisləməyəcəm. Ağ ağdır, qara qaradır. Elmi nəzəriyyələri, əl əxsus Təkamülü tam qəbul edirəm. Mənə görə Təkamül nəzəriyyəsini Allah olmadan, Allahın yaradılışını Təkamül nəzəriyyəsi olmadan anlamaq mümkün deyil. Siyasi düşüncədə tamamilə Vilayətçiyəm. Imam Mehdinin zühuruna da inamım tamdır və sarsılmazdır. Siğə məsələsinin İslamda olduğuna və haram sayılmadığına inamım tamdır, lakin bunu özümə haram hesab edirəm. İmam Sadiqdən gələn bir hədisdə deyildiyi kimi “Siğə halaldır, lakin mənim ehtiyacım yoxdur”. Bunu özümə haram etmə məqsədimsə, özümü çəkindirməmdir. Çünki bu məndə göz zinasına səbəb ola bilər.
Ümid edirəm qərarlarımda yanılmıram, yanılıramsa da şeytandan Allaha sığınıram və məni doğru yola aparmasını diləyirəm. Dinindən aslı olmayaraq hamınızı sevirəm.”

Qeyd edək ki, Ziya bir müddət əvvəl Kərbəlada ərbəin səfərində ziyarətçi olmuşdu. O bu barədə həmişəki yenə də kimi sosial şəbəkədə geniş yazı yazmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button