ArxivXəbər lentiXəbərlər

Yazıçılar Birliyinin Xəzər bölməsinin üzvləri beynəlxalq festivalda iştirak ediblər

İranın Urmiya şəhərində Azərbaycan dilində 13-cü Beynəlxalq Rəzəvi şeir festivalı keçirilib. Ölkəmizi bu tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin üzvləri Məcid Əsri, Rüstəm Tofiq və Emin Həvayi təmsil ediblər.

Yazıçılar Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər bölməsinin üzvləri öz şeirlərini oxumaqla yanaşı, Azərbaycan əruz şeirindən söz açıblar.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən festivalın təşkilatçıları iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Təmsilçilərimiz xarici qonaqlar nominasiyasında qalib elan olunub, mükafata layiq görülüblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button