ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbil Otağının sədr müavini: Bakıda Ərdəbilin potensiallarını nümayiş etdirən sərgi açılacaq

Ərdəbil əyalətinin ticarət, sənaye, mədən və kənd təsərrüfatı otağının sədr müavini deyib: “Bakıda Ərdəbil əyalətinin qabiliyyət və potensiallarını nümayiş etdirən daimi sərgi açılacaq.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Behruz Pursüleyman deyib: “İqtisadi duruma və koronavirusun yayılmasına diqqət etməklə, biz İranın Bakı ofisini tətil etməli olduq.
Baş tutmuş razılaşmaya əsasən, Bakının ən yaxşı yerində Ərdəbil əyalətinin müxtəlif sahələrdə qabiliyyətlərini nümayiş etdirən daimi sərgi açmağı qərara almışıq. Bu haqda artıq danışıqlar aparılıb və proqramlar hazırlanıb, İran-Azərbaycan Müştərək Otağı ilk fürsətdə bu işi həyata keçirəcək.”
Ərdəbil əyalətinin ticarət, sənaye, mədən və kənd təsərrüfatı otağının sədr müavini vurğlayıb ki, iclas və konfransların keçirilməsinin əvəzinə yaxşı olar ki, icra işləri həyata keçirilsin və iş görülsün, əyalət komitəsi çərçivəsində mühəndis, texniki və icra sistemi potensiallarından faydalanmaqla Qarabağın yenidən qurulmasında ciddi və əməli şəkildə iştirak edək.
Pursüleymani əlavə edib: “Bu işi çox tez həyata keçirmək lazımdır ki, mühəndislik sistemi sahəsindəki qurum və şirkətlər Qarabağın bərpa və abadlıq işlərində iştirak edə bilsinlər və digər ölkələrdən daha qabaq bu sahədə öz bacarıqlarını nümayiş etdirə bilsinlər.”
O, açıqlamasının digər hissəsində deyib: “İlk fürsətdə və gecikmədən bu sahədə işə daxil olmalıyıq, əyalət səviyyəsində əməkdaşlıqla özəl şirkətlər və aktiv qurumların iqtisadi, texniki, inşaat və peşəkar sahələrdə iştirakına bir yol tapmalıyıq.”
Pursüleyman Parsabad şəhərinin Tazəkənd bölgəsində yük terminalının yaradılmasının əyalət və ölkə səviyyədə izlənilməsinin zəruriliyni xatırladaraq deyib: “Biz cari həftədə İran-Azərbaycan Otağının peşəkar komissiyasının üzvlərinin iştiakı ilə iclas keçirəcəyik və bu iclaslarda quru yük terminallarının yaradılmasına təkid ediləcək.
Razılaşma imzalanmazdan əvvəl ölkə və əyalətin məsul şəxslərinin tədbiri ilə quru yük terminalı və Ərdəbil dəmiryolunun Parsabada birləşdirilməsi üçün həm əlverişli zəminə, həm də uyğun imza alınmalıdır ki, bu iş üçün tez bir zamanda zəminə yaransın.”
Sədr müavini təkid edib ki, mühəndislik sistemi öz mühəndislik-texniki qüvvələrini bu sahədə əməkdaşlıq etməyə rəğbətləndirməlidir, beləliklə ticari, texniki və inşaat qrupları ezam etməklə Azərbaycan Respublikasında bir çox işləri öhdələrinə ala bilsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button