ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bakı Apellyasiya Məhkəməsi ruhani Hacı İlham Əliyev barədə çıxarılan hökmü qüvvədə saxlayıb

“İyul ayının 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin barəsində verdiyimiz apellyasiya şikayətinə baxılıb.”

Qafqaz.ir xəbər verir ki, bu barədə Vəkil Cavad Cavadov KİV-lərə açıqlamasında məlumat verib.

C.Cavodov deyib ki, əvvəlki məhkəmə iclasında bizim vəsatətlərimiz təmin olunmamışdı və apellyasiya baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılırdı.

“Apellyasiya şikayətinin dəlilləri ilə bağlı vəkillər çıxış etdilər, verilən ittihamın əsassız, qanunsuz saydılar onun əməlində heç bir cinayət tərkibi, o cümlədən ona verilən ittiham cinayət məcəlləsinin 274-cü maddəsi ilə bağlı heç bir hüquqi əsasın olmamasını bildirdilər.”

Təssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsi Hacı İlham Əliyev barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı.

Vəkil bildirib ki, Hacı İlham Əliyevin işi ilə bağlı artıq Avropa İnsan Haqları məhkəməsinə müraciət göndərilib. “Yekun hökmdən də biz Ali Məhkəməyə şikayət verəcəyik, və əgər burada da müsbət nəticə əldə edilməsə bu qərardan da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, deyə obildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button