ArxivQadin və hicabXəbər lentiXəbərlər

İstambulda “hicab və iffət və sağlam həyat tərzi” adlı sənədli film çəkilir

 İstambulda Türkiyənin “kanal 14” peyk Tv kanalı və İİR-nın bu ölkədəki mədəniyyət idarəsinin həmkarlığı ilə “hicab və iffət və sağlam həyat tərzi” adlı sənədli film çəkilir.

Qafqaz.ir – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə, İstambulda Türkiyənin “kanal 14” peyk Tv kanalı və İİR-nın bu ölkədəki mədəniyyət idarəsinin həmkarlığı ilə “hicab və iffət və sağlam həyat tərzi” adlı sənədli film çəkilir. Filmin ssenrai müəllifi və rejissoru xanım Nikuvərindir. O, İran İslam Respublikasının 2-ci kanalının “ailə proqramları qrupu”nun sənədli film hazırlayan kadrlarındandır.

Bu sənədli film İslam şəriətinə uyğun qadın geyiminin yayılması, təbliği və bu geyimin insanın fərdi və ictimai həyatında müsbət təsirlərini göstərmək üçün hazırlanır. Göstərilən hədəfə çatmaq üçün əyani olaraq insanlara müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Avorpa, Tunis və Türkiyədə yaşayan hicablı müsəlman xanımların həyatlarından örnəklər göstəriləcəkdir.

“Qadın və ailə” projesində çalışan sənədli film fəalları “hicab və iffət və sağlam həyat” adlı sənədli filmi Türkiyənin “kanal 14” peyk tv kanalının həmkarlığı ilə ərsəyə gətirəcək və bu ilin sonunadək İİR-nın 2-ci kanalından yayımlayacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button