ArxivIslamXəbər lentiXəbərlər

Bəyənilən və bəyənilməyən göz yaşları

Quranda dörd növ göz yaşından söhbət açılır. Onlar arasında bəyənilən də var məzəmmət edilən də.
 Qurani-Kərimdə göz yaşlarından çox söz açılmışdır. Göz yaşı elə ola bilər ki, Allahın razılığını təmin edər və həm də elə ola bilər ki, Allahı qəzəbləndirər. Allahın razılığına səbəb olan ən yaxşı göz yaşı – İmam Hüseyn (ə) müsibəti üçün tökülən göz yaşıdır.

İnsan təbiəti belədir ki, bəzən gülər və bəzən də ağlayar. Əslində bu iki nemət Allahın bəndələrinə əta etdiyi bir lütfdür. “Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur”. (“Nəcm” 43).

Bəzən göz yaşları Allahın qəzəbinə səbəb olur. Həzrət Yəqubun (ə) övladlarının atalarını aldatmaq üçün tökdükləri göz yaşı kimi. Göz yaşı Allah qorxusundan da ola bilər ki, bu da insanı kamala çatdırar və Allaha yaxınlaşdırar. Əgər nəfsani istəklər və Allaha itaət etməmək üçün olarsa, nəticəsi xusran olar.

Quranda dörd növ göz yaşına aid ayələrə rast gəlirik:

1. Sevincdən olan göz yaşı. “Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən”. (“Maidə” 83).

2. Həsrət göz yaşı. “Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur)”. (“Tövbə” 92).

3. Qorxudan tökülən göz yaşı. “Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır”. (“İsra” 109).

4. Aldatmaq üçün tökülən göz yaşı. “Və axşam ağlaya-ağlaya atalarının yanına gəldilər”.(“Yusif” 16).

İmam Hüseyn (ə) və Əhli-beytinin (ə) müsibəti üçün tökülən göz yaşı – ən üstün göz yaşıdır və insanı Allaha yaxınlaşdırar. Allah bu cür göz yaşını ibadət hesab edir. Əmirəl-möminin (ə) buyurur:“Qiyamət günü hər bir göz ağlardır və hər bir göz (qorxunun şiddətindən) ayıqdır, məgər o gözlərdən başqa ki, Allah onu Öz kəramətinə və Hüseynə (ə), Peyğəmbərin (s) Əhli-Beytinə (ə) edilən müsibətə görə ağlamağa aid etmişdir”.

Bu dünya elə qurulmuşdur ki, insan öz həyatı boyu çox sayda müsibətlə üzləşir və çarəsiz qəmlənib, göz yaşı tökməyə məcbur olur. İnsanın belə anlarda təsəlliyə ehtiyacı olur.

İmam Hüseyn (ə) müsibəti üçün ən yaxşı təsəlli ona və Əhli-beytinə (ə) edilən zülmə görə göz yaşı tökməkdir. Çünki bu göz yaşı dərdimizi azaldar, bizi rahatladar və zalıma nifrəti məzluma mərhəmət hissini artırar. Bu göz yaşı bizi nemətə küfr etməkdən saxlayar və şükür etməyə səbəb olar.

İmam Rza (ə) buyurur: “Göz yaşı tökənlər gərək Hüseyn (ə) kimisi üçün ağlasınlar. Çünki onun üçün ağlamaq böyük günahları tökər”.
Deyerler.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button