ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bəşir Süleymanlı: Azərbaycanda insan hüquqları sahəsində qanunvercilik təkmilləşdirilməlidir

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqları sahəsindəki son vəziyyət və problemləri aradan qaldıracaq mexanizmlərdən danışıb.

Amerikanın Səsi: 18 iyun Azərbaycanda İnsan Hüquqları günü kimi qeyd olunur. Ümumiyyətlə, ölkədə bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?

Bəşir Süleymanlı: İnsan hüquqlarının vəziyyəti Azərbaycanda uzun müddətdir ki, yaxşı səviyyədə deyil. Bəzən bununla bağlı vəziyyəti düzəlməyə doğru addımlar atılsa da, ümumilikdə bu, bir dalğa təəssüratı yaradır. Yəni, bir zaman yaxşılaşmağa doğru getsə də, bir müddət sonra yenidən pisləşir. Bunu həm praktiki vəziyyətlə, həm də qanunvericilik bazası ilə bağlı demək olar. Ümumilikdə yaxşı qiymətləndirmirəm.

Amerikanın Səsi: Azərbaycanda son 15 ildə insan hüquqlarına dair iki böyük sənəd qəbul olunub. Bunlarda nəzərdə tutulan tədbirlər həyata keçirilibmi? Bunun nəticələri varmı?

Bəşir Süleymanlı: Ümumiyyətlə bu sənədlərin qəbul olunması özlüyündə müsbət haldır. Hökümətlər ən azı məsuliyyət hiss edir. Bu insan hüquqları ilə bağlı müəyyən sənədlər qəbul edirlər, addımlar atırlar. Ancaq bu sənədlərlə iş yekunlaşmır. Bu sənədlərə uyğun olaraq, digər müvafiq sənədlərdə də dəyişikliklər edilməlidir. Həmçinin sənəddə nəzərdə tutulan istiqamətlər üzrə gerçək addımlar atılmalıdır. Bəzən bu addımlar atılır və texniki xarakter daşıyır. Ancaq köklü, fundamental, təsir edəcək bir proses baş vermir.

Amerikanın Səsi: Sizcə, ölkədə bu sahədə vəziyyət niyə dəyişmir ? Səbəb nədir?

Bəşir Süleymanlı: Bilirsiniz, Azərbaycan müstəqillik qazandıqdan sonra bir dövr keçib. Otuz ilə yaxın bir dövrdür və bu dövr ərzində müyyən addımlar atılıb. Həm müsbət, həm mənfiyə doğru. Biz bunu ötən dövlərə baxsaq, sadalasaq vaxtilə siyasi məhbuslarla bağlı yüzlərlə, yəni 700-ün üzərində rəqəmlər olub. İşgəncələr kütləvi xarakter daşıyırdı. Bunlar zaman-zaman kiçik də olsa, müəyyən miqdarda aradan qaldırılıb. Bu sənədlərdə nəzərdə tutulan məsələlər, o cümlədən yerli hüquq müdafiə təşkilatlarının, yerli icmaların qaldırdıqları məsələlər kiçik də olsa ötən dövrlərlə, yəni sadaladığım 90-ci illərin əvvəli və 2000-ci illərin əvvəlində nəzərdə tutulan səviyyədə deyil. Ümumilikdə dünya ilə müqayisə etsək, insanların öz hüquqlarını öyrənmək və onları tələb etmək, konstitusion hüquqları uğrunda mübarizə aparmaqla eyniləşdirib baxsaq, vəziyyət təbii ki, konstitusion hüquqlarını əks etdirmir. Onlar hüquqlarını əldə edə bilmirlər. Burada istər seçki hüququ, istər toplaşmaq hüququ, istər birləşmək hüququ, istər də mülkiyyət hüququ ilə bağlı, sosial hüquqlarla bağlı ciddi problemlər hələ də qalmaqdadır. Təbii ki, bu zaman-zaman sənədlərdə qeyd olunan məsələlər, beynəlxalq hüquq müdafiə təşkilatları, dövlətlərarası təşkiklatların qaldırdıqları məsələ tam olaraq öz həllini tapmır. Bunu qanunvericilik bazasının təkmilləşdirilməsində biz görə bilərik. Bu problemlər hələ qalmaqdadır. Həmçinin də praktikada bu vəziyyət yenə də həll olunmamış qalır.

Amerikanın Səsi: Azərbaycanın bir sıra jurnalistləri, ictimai fəalları, hüquq müdafiəçiləri digər ölkərələrdə təhdid və sui-qəsdlərlə üzləşir. Sizcə, bu hadisələrin qarşısını necə almaq olar?

Bəşir Süleymanlı: Mən bu məlumatı sosial şəbəkədən oxudum. Bu məsələ doğurdan da təsdiqini taparsa həqiqətən də skandal yaradacaq bir prosesdir. Çox təəsüflər olsun ki, belə bir hal baş verir. Azərbaycan hakimiyyəti yerli insan haqları müdafiəçilərinə, vətəndaş cəmiyyəti nümayəndələrinə, media nümayəndələrinə təzyiqlər göstərir .O cümlədən bu, ölkə xaricində də öz rəsmi təsdiqini taparsa, bu, çox pis və Azərbaycanın dünyada insan haqları sahəsində olan imicini daha da zədələnməsinə və bəzi problemlərin yenidən qabardılmasına gətirib çıxarda bilər. Bunun üçün beynəlxalq təşkilatlar Azərbaycan höküməti ilə ciddi şəkildə əməkdaşlıq etməlidir və Azərbaycan hökümətini bu kimi proseslərdən çəkindirməlidır. O cümlədən, bu hadisələrin arxasında Azəbaycanın siyasi hakmiyyəti durmursa da, həmin kimlərsə bunu maraqlıdırsa həmin şəxslər cəzalandırılmalıdır.

Amerikanın Səsi: Azərbaycanda bu sahədə hansı köklü islahatlar aparılmalıdır?

Bəşir Süleymanlı: Buna görə qanuvericilik bazası çox ciddi təkmilləşdirilməlidir və yenilənməlidir. Burada qarşıda olan tərəflərin maraqları təmin olunmalıdır. O cümlədən, digət sahələrdə olan qanunvericilik bazası təkmilləşdirilməlidir. Məişət zorakılığı ilə bağlı, jurnalistlərlə bağlı vəziyyət dəyişdirilməlidir. Bu proses qanunvericilikdə dəyişdirildikdən sonra, praktiki vəziyytdə də gerçək, səmimi niyyət oprtaya qoyulduqda, biz, doğurdan insan hüquqları sahəsində vəziyyətin müsbətə doğru real dəyişkliyin şahidi ola biləcəyik.

Xatırlatma

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button