AktualAktualArxivXəbər lentiXəbərlər

“İran tərəfi Azərbaycanın addımlar atacağına ümid edir”

AzadXeber.az-ın verdiyi məlumata görə, İranın Azərbaycandakı səfirliyi Bakıda Dünya Azərbaycanlıları Konqresinin sentyabrın 8-də keçirdiyi tədbiri “anti-İran” tədbiri kimi qiymətləndirib və bildirir ki, belə tədbirlər iki qardaş və dost ölkənin münasibətlərini hədəfə alır. AzadlıqRadiosu xəbər verir ki, sentyabrın 8-də Dünya Azərbaycnlıları konqresi “Yaxın Şərqdə baş verən problemlər: Güney Azərbaycandakı son durum” mövzusunda Bakıda dəyirmi masa müzakirəsi keçirib.
 
Fars xəbər agentliyinin məlumatına görə, İran səfirliyi bildirir ki, bu tədbirdə iştirak edən qrupların heç bir siyasi və ictimai bazası yoxdur”, “onlar İranın və Azərbaycnın düşmənlərinin maraqlarını güdürlər.”
 
İddia olunur ki, onlar iki ölkənin münasibətlərinin inkişafını hədəfə alıblar. Bəyanatda deyilir ki, İranın ərazi bütövlüyünü şübhə altına alanlara qarşı Azərbaycanın qanunla qəbul olunmuş addımlar atacağına İran tərəfi ümid edir və gözləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button