ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

«Bərəkət» peyvəndinin ikinci istehsal xətti işə salınıb

İmam Xomeyni(r.ə)-in fərmanının icra qərargahının koordinasiya üzrə sədr müavini «Bərəkət» peyvəndinin ikinci istehsal xəttinin istifadəyə verildiyini bildirib.

 Seyid Mustafa Seyid Haşimi bildirib ki, «Şəfa Farməd» zavodunun ikinci blokunda istehsal prosesi ötən həftədən başlanıb və «Bərəkət» peyvəndinin bu istehsal xətti altı-səkkiz milyon doza tutumu ilə qarşıdakı bir neçə gün ərzində rəsmi şəkildə istifadəyə veriləcək.

Seyid Haşimi qeyd edib ki, «Bərəkət» peyvəndinin istehsalı bugünədək on milyon doza olub.

İmam Xomeyni(r.ə)-in fərmanının icra qərargahının koordinasiya üzrə sədr müavini bildirib ki, bu miqdardan beş milyon iki yüz mindən çox vaksin səhiyyə nazirliyinə təhvil verilib. Vaksinin yerdə qalan hissəsi də keyfiyyət testi mərhələlərindən keçdikdən sonra bu nazirliyə təhvil veriləcək.

İrana korona vaksini idxalının kənarında iranlı alim və mütəxəssislər geniş şəkildə peyvənd düzəltmə və istehsalına başlayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button