ArxivXəbər lentiXəbərlər

Hələbin azad edilməsinə matəm tutanları tanıyaq

Suriya ordusunun Hələbi təkfirçi terrorçuların işğalından azad etməsindən sonra onlara maliyyə yardımı edən ölkələr yasa bürünüb.
İslaminsesi-nin RAST-a istinadla verdiyi məlumata görə, bu ölkələr Suriyanın rəsmi ordusunun Hələbi terrorçulardan təmizləyərək təhlükəsizlik və sabitliyi təmin etməsinə ciddi reaksiyalar verib. Bu vəziyyət həmin ölkələrin maliyyələşdirdiyi terrorçuların məğlubiyyətinə görə qəzəb və narahatlıqlarını nümayiş etdirir.

Şəhərin azad edilməsi səbəbilə suriyalılar meydanlarda bayram mərasimlər keçirməyə başlayması ilə paralel olaraq terrorçuları dəstəkləyən ölkələr Hələbin azad edilməsinə dair bunları bəyan ediblər:

ABŞ: “Şəhərdə atəşkəsin təmin olunduğuna dair xəbərlər var. Bu, bayram etmək üçün bir səbəb deyil, əslində digər Suriya şəhərlərini gözləyən aqibətin göstəricisidir. Hələbdə nəzarəti təmin edən və müharibə cinayətləri qarşısında hər hansı bir bədəl ödəməyən Əsəd “rejimi”, bu atəşkəsi döyüş maşınlarını yenidən yerləşdirmə və ölkənin geridə qalanını qazanmaq üçün qətliam hazırlığında istifadə edəcək. Bu da ABŞ-ın milli təhlükəsizlik maraqlarının altını qazacağı kimi Suriyada vəzifəli amerika əsgərlərinə qarşı riski də artıracaq”

İsrail: “Suriyada və xüsusilə Hələbdə gördüyümüz, çox geniş miqyasda olan insanlıq faciəsidir. Faciəni görürük və təbii ki, bu faciədən təsirlənirik. Qaçqınları, çəkilən əziyyətləri və dağıntıları görürük. Bu ağrıları sakitləşdirmək üçün səylər var. Ümid edirik ki, bu səylər nəticə verər”.

Almaniya: “Suriyanın vəziyyəti fəlakətdir”

Fransa: “Hələbdə baş verən fəlakət, qarşıdurmaların dayanması üçün dərhal razılaşma əldə edilməsini tələb edir”.

İngiltərə: “Rusiya Bəşər Əsədi dəstəkləməkdən əl çəkməlidir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button