ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

BƏƏ-nin səfiri Marneuliyə gəlib

Bu gün, 5 dekabr Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Gürcüstan səfirinin səlahiyyətlərinin icraçısı Munirə Almarzooqi Marneuli Bələdiyyəsinə səfər edib.
Qafqaz.ir xəbər verir ki, diplomatın Marneuliyə səfəri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə baş tutub.
Munirə Almarzooqi Marneulidə GMİ-nin ofisində müfti Etibar Eminov və şeyx Hacı Ramin İgidov qarşılayıb.
Ardından tolerantlıq gününə həsr edilmiş tədbir keçirilib və burada natiqlər mötəbər günün önəmindən danışılıblar.
Diplomat səfəri ilə bağlı AktualTv-yə müsahibəsində bildirib ki, Marneuli ona çox xoş təəssürat bağışlayıb.
“İlk dəfədir ki, Marneulidəyəm burada ziyarət etdiyim məscidlər çox xoşuma gəldi və bura mənə çox xoş bir təəssürat bağışladı.Biz hər il Ramazan ayında bu bölgədə yaşayan müsəlmanlara Ramazan payları hazırlayırıq, inşallah gələn ildən isə bütün bütün Gürcüstan üçün bunu planlayırq” , – deyə Munirə Almarzooqi qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button