AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Marağa imam cüməsi Azərbaycan hökumətinin  İmam Hüseyn (ə) əzadarlıq mərasimlərinə qarşı təzyiqlərini tənqid edib

 

Marağa imam cüməsi Azərbaycan hökumətinin İmam Hüseyn (ə) əzadarlıq mərasiminə qarşı sərt davranışına toxunaraq deyib: “Tarix boyu bir çox hökumətlər şiələrə qarşı durmağa çalışıblar, lakin onlara zillət və xarlıqdan başqa heç nə nəsib olmayıb.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Marağa imam cüməsi Məhəmmədtəqi Purməhəmmədi bu həftənin cümə namazı xütbələrində deyib: “Sionist rejimin Qəzzada müqavimət cəbhəsinin raket hücumları qarşısında təslim olması “İsrail”in məğlubiyyətinin göstəricisidir.”

Cümə namazı xətibi qeyd edib ki, Qəzzəyə son hücumda sionistlər məğlubiyyətdən qaçmaq üçün yenidən bəzi ölkələrin, o cümlədən Misirin ətəyindən yapışdılar.

Hizbullahın 33 və 16 günlük döyüşlərinə işarə edən Purməhəmmədi deyib: “Müqavimət cəbhəsi qarşısında sionistlərin ardıcıl məğlubiyyətləri onların zəifliyininin aşkar göstəricisidir.”

Sionistlərin İran İslam Respublikasına qarşı təhdidinə toxunan imam cümə deyib: “Sionistlər bilməlidir ki, İslami İranın onların şişirdilmiş silahlarına sarsıdıcı cavabı vardır. İran müdafiə və hərbi baxımdan elə bir gücə malikdir ki, sionistləri ən qısa zamanda darmadağın edə bilər.”

Sionistlərin Qəzza və bölgənin müsəlman ölkələrindəki cinayətlərinə toxunan xətib vurğulayıb ki, insan haqlarını dəstəklədiklərini iddia edən ölkələr sionistlərin cinayətlərinə və onların nüvə silahlarına qarşı susublar.

Marağa imam cüməsi Azərbaycan Respublikası hökumətinin Şəhidlər sərvəri həzrət İmam Hüseyn (ə) əzadarlıq mərasimlərinə qarşı sərt davranışından da söz açaraq deyib: “Tarix boyu bir çox hökumətlər şiələrə qarşı durmağa çalışdılar, lakin onlara zillət və xarlıqdan başqa heç nə nəsib olmadı. Azərbaycan Respublikasının xalqı şiədir və bu diyarın alimləri İslam dünyasının fəxrlərindəndir.”

Purməhəmmədi Azərbaycan hökumətinə səslənərək deyib: “Bu ölkənin xalqı arasında yer və dəyər sahibi olmaq istəyirsinizsə, onların istək və müqəddəsliklərinə hörmət edin.

Kommunist Sovet İttifaqı dövründə bu ölkədə 70 il dinə qarşı mübarizə apardılar, lakin uğur qazana bilmədilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button