AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda referendum şahlığa səs verdi

Əhali Konstitusiyada dəyişikliklər edilməsinə səs verdi. Bunun mənası odur ki, İ. Əliyevə sorğu-sualsız qüdrət bağışlanıldı.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası referendumun nəticələri ilə bağlı məlumat verərək bildirib ki, Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsində ölkə əhalisinin 70 faizə yaxını iştirak edib və onlardan 90 faizə yaxınıKonstitusiyada dəyişikliklər olunmasının lehinə səs verib.
Bu nəticə ilə Azərbaycanda prezidentlik müddəti indidən 7 il olacaq. Habelə prezidentliyə namizəd olmaq üçün yaş məhdudluğu aradan qaldırılır. Halbuki, Əliyev və onun tərəfdarları ölkədə sabitlik yaranması üçün bu dəyişikliklərin zəruriliyindən danışırlar. Ölkədə müxalifət və təhlilçilər belə düşünürlər ki, həqiqət belə deyil və mövzu çox sadədir. Əliyev prezidentliyi özünün 19 yaşlı oğluna ötürmək üçün hazırlıq görür. Müxalifətin fikrincə İ. Əliyev hal-hazırda atası H. Əliyevin 2002-ci ildə onu prezidentliyə gətirdiyi yolu gedir və bu məsələ gün kimi aydındır. 2002-ci ildə sabiq prezident H. Əliyev referendum təşkil etməklə Konstitusiyaya əlavələr edilməsinə nail oldu və bu əlavələrə görə prezidentin ölümündən sonra yaxud vəzifəsindən uzaqlaşdığı surətdə baş nazir onun yerini tutur. Belə də oldu. Bu qanunun əlavəsindən bir il sonra təzə baş nazir olmuş oğlu İ. Əliyev avtomatik olaraq atasını əvəz etdi. Lakin məsələ bununla bitmədi. Azərbaycanda da bir sıra ölkələrdə olduğu kimi bir nəfərin prezident seçilməsi üçün məhdudiyyət var idi və bir nəfər ardıcıl olaraq təkcə iki dəfə prezidentliyə namizəd ola bilərdi. İ. Əliyev 2009-cu ildə digər bir referendum keçirməklə bu yasağı ləğv etdi və yeni prezident seçkilərdə iştirak etmək üçün özünə yol açdı. BBC-nin verdiyi məlumata görə Konstitusiyada yeni dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri nəzərə çarpacaq şəkildə artır. Bu səlahiyyətlərdən biri də Azərbaycan Respublikasının vitse-prezidentləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər və bu təyinatlar Milli Məclisin qərarına ehtiyac olmadan həyata keçirilir. Sözü gedən təklifə əsasən prezident ölərsə, yaxud vəzifəsindən kənarlaşarsa, Birinci vitse-prezident onu əvəzləyəcək.
Müxalifət həmçinin İ. Əliyevi öz həyat yoldaşı və hal-hazırda Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsini tutan Mehriban Əliyevanı Birinci vitse-prezidentliyə gətirməyə cəhd etməkdə ittiham edir. Görünən hərəkətlərdən belə çıxır ki, İ. Əliyev sözü gedən dəyişiklikdən istifadə edərək ölkədə daxili böhran yaranacağı surətdə hakimiyyətin əliyevlər ailəsində qalması üçün zəminə yaradır. Bu referendum və İ. Əliyevə bağışlanılmış yeni səlahiyyətlər göstərir ki, Əliyev hökumətinin təməllərinə beton tökərək onu möhkəmləndirir. Digər aspektdən demək olar ki, Azərbaycanın prezidentinin54 yaşı vardır və bu tezliklə hakimiyyətlə əlvida etmək niyyətində deyil. Amma sonu nə olacaq? Hətta inqilab və siyasi hadisələr də onun hakimiyyətini devirə bilməsə, ölüm kimi təbii amillər bu işi edəcək. Ona görə də müşahidəçilər qətiyyətlə deyirlər ki, İ. Əliyev bu islahatlarla, atası kimi 19 yaşlı oğlunun hakimiyyətə gəlməsinə şərait yaradır. Belə olduqda bu sual qarşıya çıxır ki, görəsən o, ağır siyasətin rəhbərlərindən olan atası H. Əliyev kimi oğlunu hakimiyyətə gətirə biləcəkmi? İ. Əliyevin 19 yaşlı oğlu özünü sübut etmək üçün onun kimi bacarığı olacaqmı? Bu suallara cavab vermək çətindir. Amma bu sualın cavabını “yox” fərz etsək, yenə də həmin ölçüdə çətindir. Azərbaycan zatən təbii resursları və münasib coğrafi mövqeinə görəböyük dünya güclərinin, həm də regionda yaranmış xoşagəlməz şəraitə görə terrorçuların tamahını özünə çəkir. Azərbaycanda hər cür siyasi sabitsizlik Suriya hadisələri kimi sonu bilinməyən durum yarada bilər. Bunun qarşısını yalnız o surətdə almaq olar ki, İ. Əliyev ömrünün qalmış illərində iqtidarçı hakimiyyət və siyasət dərslərini 19 yaşlı oğluna yaxşı öyrətmiş olsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button