ArxivXəbər lentiXəbərlər

Gürcüstanın keçmiş prezidenti ABŞ-a aldandığını etiraf edib

Gürcüstanın keçmiş prezidenti etiraf edib ki, Cənubi Osetiya münaqişəsində amerikalı rəsmilərə aldanıbdır.

Mixail Saakaşvili “Novaya qazeta” adlı rus qəzetlə müsahibədə deyib: Amerikalı rəsmilər bu qənaətdə idilər ki, Rusiya soyuq müharibə bitəndən sonra daha heç bir ölkəyə hərbi hücum etməyəcək və o, amerikalı rəsmilərin sözlərini eşidəndən sonra bu ölkənin dövlət başçılarına inandı.

Gürcüstanın keçmiş prezidenti bildirib ki, amerikalı rəsmilərin yanlış informasiyalarına aldanıbdır. O, deyib: Cənubi Osetiyanın mühasirəsindən üç ay öncə Gürcüstanın kəşfiyyat bölmələri Rusiyanın 200 tankının “Abxaziya” əlamətləri ilə hazır olmasından xəbər verdilər, amma amerikalı rəsmilər iddia etdilər ki, bu təsvirlərə diqqət yetirmək lazım deyildir.

Gürcüstanın keçmiş prezidentinin sözləri göstərir ki, o, 2008-ci ildə Cənubi Osetiya və Abxaziyaya qarşı savaş və hücumun başlayıcısı olubdur.

Rusiya bu savaşdan sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdı və rəsmi Tiflis bu hərəkət qarşısında Moskva ilə diplomatik əlaqələrini kəsdi.

Gürcüstan hazırda Avropa Birliyi və NATO-da nəzarətçi üzvdür və bu ölkənin bütün qanunları Avropa Birliyinin qanunları kimidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button