ArxivXəbər lentiXəbərlər

Azəri rəsminin uşaqların Aşura mərasimində iştirakı barədə fikri

Azərbaycan Respublikasının bəzi siyasi rəsmilərinin uşaqların Aşura mərasimində iştirakı barədəki nigarançılqları və buna qarşı çıxmalarının ardınca bu ölkənin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu haqda fikir bildirib.

Qafqaz mədəniyyət mərkəzi APA-ya istinadlı məlumatına görə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu haqda belə deyib: İnsan haqlarını müdafiə və himayə prinsipinə, həmçinin iki beynəlxalq və əsas qanun konvensiyasına əsasən, Azərbaycan Respublikasında ailə üzvlərinin dini mərasimlərdə iştirakına icazə verilir və onların hüquqları himayə olunur.

Onun sözlərinə görə, əgər uşaqların hüquqları pozlmaz və onların təhsili və sağlamlığına zərər dəyməzsə, uşaqların dini mərasimlərdə iştirakına icazə verilir.

Hüseyn(ə) Aşurasının əzəmətli keçirilməsinin ardınca dünən Azərbaycan Respublikası mediaları uşaqların əzadarlıq mərasimlərində iştirakı üstündə mənfi atmosfer yaratdılar və bu ölkə parlamentinin üzvü Zahid Oruc da məclisin iclasında çıxış edərək, uşaqların Aşura mərasimində iştirakı ilə öz müxalifətini bildirdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button