ArxivXəbər lentiXəbərlər

Azərbaycan sərhədlərini rahat şəkildə keçən ermənilər…

Düşmən millətin təmsilçiləri soyadını dəyişib ölkəmizə soxulur; Ərəstun Oruclu: “Bu tip adamların dövlət üçün təhlükəsi ola bilər”Bir neçə gün əvvəl “Yeni Müsavat” Bakıda erməni tərəfindən evi əlindən alınan ölkə vətəndaşından yazmışdı. Evi əlindən alınan Snequrenko Aleksey Petroviç üç ildir küçələrdədir. Onun Xətai rayonu, Telnov küçəsində, 18 saylı evdə yerləşən 99 saylı mənzilini erməni Makarov Yakov Alekseyeviç “yağmalayıb”.

Şikayətçinin sözlərinə görə, Makarov Yakov Alekseyeviç sonradan soyadını dəyişib: “Əsl soyadı Simonyan idi”. Şikayətçi bildirir ki, erməni əsilli bu adam istədiyi vaxt ölkə sərhədlərini rahatlıqla keçə bilir, Bakıya gəlir-gedir. Maraqlıdır, Simonyanın və onun kimi soyadını dəyişmiş neçə-neçə erməninin Azərbaycan sərhədlərini keçməsi, onların ölkədə hərəkəti nəzarətdə saxlanılırmı? Aidiyyəti qurumlar bu tip məsələlərdən xəbərdardırmı? Onların nəzarəti təhlükəsizlik məsələsidirmi? Ekspertlər bu tip olaylardan dolayı, narahatlıqlarını bildirirlər.

Ekspert Ərəstun Oruclu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu cür məsələlərə nəzarət olunub-olunmadığı dəqiq deyil: “Ancaq bu cür məsələlər, faktlar mütləq nəzarətdə saxlanılmalıdır. Mütləq bu cür gediş-gəlişlərə nəzarət edilməlidir, o adamlar izlənilməlidir. Mütləq onların fəaliyyətinə göz qoyulmalıdır. Söhbət burada təkcə etnik mənsubiyyətdən getmir. Söhbət bundan gedir ki, adam sənədini, soyadını, milliyyətini dəyişirsə, bu, artıq şübhəli suallar doğurur. Onun nə məqsədi var bunu etməkdə?
Həqiqətənmi bu məqsəd elə Azərbaycana gəlib-getməkdir? O ki qaldı Azərbaycan məhkəməsinin bu faktları bilə-bilə onun xeyrinə qərar çıxarmasına, burada təəccüblü heç nə görmürəm. Ya görünür, yuxarıdan tapşırıq verilib. Ya da ki, məhkəmə, hakimlər hansısa maraq naminə bu qərarı çıxarıblar. Bəlkə erməni qanuni baxımdan haqlı olub, ancaq adamın haqlı olması Azərbaycan məhkəmələrinin onun haqqında müsbət qərar verməsi üçün kifayət etmir. Azərbaycan məhkəmələrinin öz spesifik cəhətləri olur, öz reallığı var. Dövlət, hakimiyyət orqanları isə düşünürəm ki, belə insanları nəzarətdə saxlamalıdır. Saxlayırmı, deyə bilmərəm. Bu gün ölkənin təhlükəsizlik, polis orqanları daha çox siyasi fəalları, vətəndaş cəmiyyəti nümayəndələrini, müxalifət nümayəndələrini nəzarətdə saxlamaqla məşğuldur. Başları qarışdığından, belə faktları diqqətdən yayındırırlar”.
Ə.Oruclunun sözlərinə görə, erməni əsilli insanların, xüsusən şəxsiyyəti dəyişdirilmiş şəxslərin ölkəyə sıx-sıx gəlib-getməsi təhlükə yaradır: “Risk var. Əgər adam soyadını dəyişirsə və müntəzəm gedib-gəlirsə, bu, artıq suallar doğurmalıdır. Mən hesab edirəm ki, belə adamlardan istifadə olunur. Çox detallara vara bilməyəcəm, hələ şəxsən mənim öz işlədiyim dövrdə, 1990-cı illərdə belə hallar olub. Müəyyən şəxslər pasportunu dəyişərək rus soyadı ilə rahat şəkildə Bakıya gəlib-gedə bilirdilər. O cümlədən kəşfiyyat xarakterli məlumatlar toplayırdılar. Ona görə də bu cür insanlar nəzarətdə saxlanılmalıdır, mütləq öyrənilməlidir. Bu tip adamların dövlət üçün təhlükəsi ola bilər”.Qeyd edək ki, Snequrenko Petroviç evini geri almaq üçün məhkəməyə üz tutub. Hazırda iş Apelyasiya Məhkəməsindədir: “Avqustun 11-də məhkəməm olacaq. Sədr İman Nağıyev, hakim Vüqar Həsənovdur. Məhkəmədən ədalətli qərar, ədalətin bərpa olunmasını gözləyirəm. 65 yaşda küçələrdə qalıram, soyuq payız gəlir. Bu qanunsuzluğa göz yummasınlar. Erməni Makarov evi anasının adına keçirib. Bu evin mənim olması ilə bağlı nə qədər sübutlar var”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button