ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan Respublikası rəsmiləri qarşılıqlı münasibətlərin gücləndirilməsini vurğulayıblar

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşüb.

İbrahim Rəhimpur çərşənbə günü bu görüşdə Bakıda xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin iclasının keçirilməsinə toxunub və İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, Qarabağ münaqişəsinin dinc həllini istəyib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu görüşdə qarşılıqlı münasibətlərin genişlənməsindən razılıq edərək, İranın Ramsər şəhərində İran, Azərbaycan Respublikası və Türkiyənin dördüncü üçtərəfli iclasının keçirilməsinə toxunub və belə deyib: Bu iclas regionda üçtərəfli həmkarlıqların gücləndirilməsndə öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının xarici işlər naziri Qarabağdakı döyüşlərə və ölkəsinin ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğalına da işarə edib. O, beynəlxalq təşkilatların tərəfdarlıq mövqelərini tənqid edib və belə deyib: Bu münaqişə regionun təhlükəsilziyi və sabitliyi üçün ciddi bir təhdiddir və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində bunun aradan qaldırılması üçün addım atmalıdırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button