ArxivXəbər lentiXəbərlər

ABŞ Qarabağda gərginliyin artmasından “nigarandır”

Birləşmiş Ştatlar bir daha Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginliyin artmasından “nigaranlıq” edib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Qarabağda gərginliyin artmasından nigaranlıq edib.

CBC telekanalının verdiyi məlumata görə, Ceyms Uorlik ötən bir neçə həftə ərzində Qarabağda vəziyyətin xeyli pisləşdiyini bildirib və deyib: Təmas xəttində gərginliyin artması Qarabağ sülh müzakirələrinə mənfi təsir buraxır.

Maraqlıdır ki, Qarabağ sülh müzakirələri 1992-ci ildə Minsk qrupunun təsis etdiyi zamandan bəri davam edir. Və ötən müddət ərzində sülh danışıqlarında hansısa irəliləyiş əldə olunmayıb. İndi isə Ceyms Uorlik təmas xəttində vəziyyətin gərginləşməsinin sülh danışıqlarına mənfi təsir buraxdığını deyir. Halbuki, sülh danışıqlarının nəticəsiz qalmasının özü münaqişə məntəqəsində vəziyyətin gərginləşməsinə stimul verir.

20 ildən artıq müddət üçün davam edən sülh danışıqları bu günə qədər münaqişənin həllində hansısa müsbət nəticəyə səbəb olmayıb. Və Minsk qrupu həmsədrləri davamlı olaraq bu mənasız sülh danışıqlarının davam etdirilməsinə israr edirlər.

Qarabağ münaqişəsinin həlli üzrə yaradılan Minsk qrupu yaradıldığı gündən Amerika, Rusiya və Fransa tərəfindən inhisara alınıb. Və bu ölkələr Minsk qrupunun təsis edildiyi zamandan bəri aşkar və ya gizli formada Ermənistanı himayə edərək, münaqişənin Ermənistanın xeyrinə həll edilməsinə və ya mövcud vəziyyətin qorunmasına çalışıblar. Elə buna görə də sülh danışıqları bu günə qədər münaqişənin həllində heç bir irəliləyişə malik olmayıb.

Bu arada Minsk qrupu həmsədrləri tərəfindən himayə olunduğunu hiss edən ermənilər işğal etdikləri əraziləri azad etmək yerinə, Azərbaycana qarşı yeni tələblər ilə çıxış edirlər. Belə ki, ermənilər indi Azərbaycana qarşı ərazi iddialarını daha da genişləndirməyə başlayıblar. Bütün bunları nəzərə alaraq, bəlkə də təmas xəttində vəziyyətin gərginləşməsi Ceyms Uorlikin dediyinin əksinə olaraq, sülh danışıqlarının aktivləşməsinə səbəb ola bilər. Aydın məsələdir ki, Uorlikin təmas xəttində vəziyyətin gərginləşməsinin sülh danışıqlarına mənfi təsiri ilə bağlı söylədikləri həqiqətdən uzaqdır. Çünki, münaqişə tərəfləri ilk dəfə deyil ki, müzakirə masası arxasında əyləşmək istəyirlər.

Bu arada xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginliyin ötən bir neçə həftədə xeyli artması , cəbhə xəttindən nigaranedici xəbərlərin daxil olmasına da səbəb olub. Aydın məsələdir ki, münaqişənin sülh yolu ilə həllinin dalan dirənməsi cəbhə xəttində vəziyyətin daha da pisləşməsinə səbəb olacaq. Belə olarsa, region yenidən gərginliyin şahidi ola bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button