ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Cavad Zərif Paşinyanla görüşdə Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

“İranın Qarabağ münaqişəsilə bağlı siyasəti 90-cı illərdən bəri ölkələrin ərazi bütövlüyü, bölgənin bütün xalqlarının hüquqlarının riayət və təmin edilməsi və ixtilafların dinc yolla həlli edilməsi əsasında formalaşıb. Qafqaz İran üçün həyatı əhəmiyyətli və onun sabitliyi və təhlükəsizliyinin qorunması İranın milli təhlükəsizliyi məsələsidir. İran bölgədə hər bir qarşıdurmadan narahat olur və onu alqışlamır. İran hamını təmkinli olmağa, bir-birinin ərazi bütövlüyünə və beynəlxalq sərhədlərə riayət etməyə, ixtilafları dinc və danışıq yollarla həll etməyə çağırır.”

Qafqaz.ir xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

İran XİN rəhbəri Qarabağ münaqişəsi ətrafnda baş verən son proseslərə toxunaraq, tərəfləri təmkinli olmağa, ixtilafları dialoq və dinc yollarla həll etməyə çağırıb.

O bildirib ki, İran bölgədə baş verən gərginlikdən narahatdır və bundan əziyyət çəkir. Cavad Zərif, bölgədə sabitliyin və təhlükəsizliyin İranın milli təhlükəsizliliyi üçün böyük əhəmiyyət kəsb etdiyini, beynəlxalq sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının İran üçün qırmızı xətt hesab edildiyini deyib.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif ötən gün Bakıda olub və prezident İlham Əliyevlə görüşüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button