ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakı “aksiya”sı diqqəti nədən yayındırmaq istəyir?

İran başda olmaqla müsəlman xalqların Azərbaycan Respublikasına uşaq qatillərinə enerji nəqlini dayandırması üçün müraciətləri rəsmi Bakını çox çətin bir duruma düçar edib. Məhz buna görə də Vəziyyətdən çıxmaq üçün naşıyana “qarşılıq” verir, ümumi fikri özünün cinayətdə əlbir olmasından yayındırmağa cəhd göstərir.
Bu istiqamətdə Bakıda İran əleyhinə yeni təbliğatlara start verilir və İranda bəzi təhlükəsizlik tədbirləri nəticəsində baş verən həbslər qəfildən yada düşür.
8 noyabrda Azərbaycan xalqı işğalçılığa qarşı qələbəsini qeyd edərkən, keçirilən tədbirlərdə Qəzzədə dünyanı sarsıdan cinayətlərə qarşı işğalçı sionist rejimə də etirazlar gözlənilirdi. Azərbaycan xalqının fələstinlilərə qarşı vəhşiliklərə milyonluq etiraz potensialına imkan verməyən rəsmi Bakı, üç-beş nəfərin anti-İran aksiyasına şərait yaradıb.
“Aksiya”-dan yayılan nümayişkaranə görüntülərdə guya İranın Azərbaycan vilayətlərində ölkənin təhlükəsizliyi ilə bağlı saxlanılan bir neçə şəxsin buraxılmasına çağırılır.
Azərbaycan Respublikasında 3 nəfərin belə icazəsiz bir yerə toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alaraq deməli dövlətinin icazəsi ilə keçirilən bu “Aksiya”da, İran İslam Respublikasının suveren ərazisinin başqa adla adlandırılması və separatizmə rəvac verən ifadələr səsləndirilməsi ilk olaraq dinc qonşuluq münasibətlərinə və biri-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq prinsiplərinə açıq-aşkar ziddir.
Digər tərəfdən bu gün İran xalqı da daxil olmaqla, müsəlmanlar Qəzzədə gedən tragedianın durdurulmasını tələb edir. Bu istiqamətdə müsəlman dövlətlərin qəsbkar rejimə enerji və ərzaq tədarükünün dayandırılması tələb olunur. Azərbaycan Respublikası dövləti isə uşaq qatillərinin neftə olan ehtiyacının yarısından çoxunu təmin etdiyinə görə təbii ki, daha çox diqqət mərkəzində durur və ona çağırışlar edilir. Rəsmi Bakı isə bu çağırışlara heç bir məhəl qoymur.
Bu azmış kimi, fələstinlilərə qarşı törədilən faciəni bir çox xalqlardan daha yaxşı dərk edən Azərbaycan xalqına öz müsəlman qardaşlarına qarşı gedən cinayətlərə qəzəb və nifrətini bildirməsi üçün imkan vermir. Azərbaycanın müsəlman xalqına qoyulan bu qadağa elə bir şəraitdədir ki, dünya səviyyəsində hətta işğal olunmuş fələstin torpaqlarında belə sadəcə müsəlman deyil hətta yəhudilər də Qəzzə əhalisinə qarşı gedən vəhşiliklərə etiraz edirlər.
Heç şübhəsiz ki, bu gün rəsmi Bakı 3-5 adamı anti-İran “aksiya”ya cəlb etməklə Azərbaycan daxilində və islam dünyasında Qəzzə faciəsi ilə bağlı ondan olan gözləntini və ona edilən çağırışları kölgədə saxlaya bilməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button