Islam

Məşhur “Forbes” jurnalı İslam Peyğəmbərindən hədis nəşr etdi

Tanınmış jurnalın internet sıhifəsindəki “Günün fikri” rubrikasında Məhəmməd Peyğəmbərin hədisi paylaşılıb.

Nardaranpiri.com-un FaktXəbər-ə istinadən verdiyi məlumata görə, dünyada ən məşhur jurnallardan biri olan “Forbes” İslam Peyğəmbəri həzrəti Məhəmmədin (s) kəlamnını dərc edib. Tanınmış jurnalın internet sıhifəsindəki “Günün fikri” rubrikasında Məhəmməd Peyğəmbərin hədisi paylaşılıb.
Qeyd edək ki, “Forbes”də yayımlanan hədis isə belə olub: “Bir insanın həqiqi zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır.”

Məlumat üçün bildirək ki, “Forbes” iki həftədə bir nəşr olunan bir biznes jurnalıdır. 1917-ci ildə Şotlandiyadan ABŞ-a köç edən BC Forbes tərəfindən qurulub. Jurnalın internet saytı isə dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.

FaktXəbər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button