ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 25 faiz artıb

Pandemiya şəraitinə baxmayaraq İran İslam Respublikası ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

qafqaz.ir  APA-ya istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 256,011 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,4% çoxdur.

Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 19,236 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 14,6% azdır. İdxal isə 236,775 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 30,3% artıqdır.

Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 217,539 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 36,7% çoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button