ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanın qumarbaz diplomatları

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov 347 min vəsaiti mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham aktı elan olunub.İttihamda göstərilib ki, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəldib.

O, ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşe mərc oyunlarının aludəçisi olduğu üçün bu yola əl atdığını deyib.

Azərbaycan Respublikası dövlət məmurlarının korrupsiya və rüşvətxorluğa qurşanması bu ölkədə adi hal alıb. Vaxtaşırı olaraq bəzi məmurların korrupsiya əməlləri infşa edilsə də, qovulan məmurlara ya cinayət işi açılmır yaxud da haram pullarla alınmış əmlak bir müddət müsadirə olunsa da sonra onlara qaytarılır. Vəzifədən azad edilən rüşvətxor məmurları isə yeni rüşvətxor məmurlar əvəz edir.

Görünür rüşvət xəstəliyindən xilas ola bilməyən Azərbaycan hakimiyyətinin xaricdəki məmurları rüşvətxorluqdan əlavə həm də qumar və mərc aludəçisidirlər. Tənqidçilərə görə Azərbaycan Respublikasının bir çox xaricdəki diplomatik nümayəndəliklərinə diplomat adı altında təyin edilən məmurlar ləyaqətlərinə görə deyil sifariş əsasında göndərildiklərinə görə, digər məmurlar kimi ölkə və xalqı deyil sadəcə şəxsi maraqlarını düşünürlər.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button