ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gürcüstan XİN Rusiyaya etiraz edib

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-nin ötəngünkü bəyanatına etiraz bildirib.

XİN Moskvanın NATO-nu Gürcüstan və Ukraynanın Alyansa daxil olması planlarından imtinaya çağırmasını qəbuledilməz hesab edir.

Nazirlikdən qeyd olunub ki, 2008-ci ilin aprelin 3-də NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın Alyansa üzv olmasına dair qərar qəbul olunub: “Bu qərar konsensus, bütün dövlətlərin öz xarici siyasət kursunu seçməklə bağlı suveren hüququnun olmasını təsbit edən beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmış olduqca mühüm siyasi qərardır”.

XİN Gürcüstanın NATO-ya üzvlüyünü ölkə əhalisinin mütləq əksəriyyətinin dəstəklədiyini və bu məqsədin Konstitusiyada da əks olunduğunu vurğulayıb: “Üçüncü tərəfin Buxarest sammitinin qərarına yenidən baxılması ilə bağlı istənilən bəyanatı beynəlxalq hüququn başlıca prinsip və normalarına ziddir və XİN üçün qəbuledilməzdir”.

Qeyd edək ki, Rusiya XİN-nin ötən gün yaydığı bəyanatda bildirilib ki, Avropa təhlükəsizliyinin əsas maraqları çərçivəsində NATO-nun Buxarest sammitinin Ukrayna və Gürcüstanın Alyansa üzvlüyə qəbulu ilə bağlı qərarı rəsmən etibarsız hesab edilməlidir. NATO-nun Baş katibi Yens Stoltenberq öz növbəsində Rusiyanın tələbini yerinə yetirməkdən imtina edib. O, Alyansın məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button