ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anılıb

Şəhid qəhrəman Biləsuvar rayonunun Əliabad kəndindəki ata evində anılıb. Anım tədbirində M. İbrahimovun ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mübariz İbrahimov şəhadət arzusu ilə təkbaşına işğalçıların içərisinə sızaraq onların dərsini vermis və saatlar döyüşdükdən sonra qəhrəmancasına şəhadət zirvəsinə ucalmışdır.

Mübariz İbrahimovun vəsiyyətnaməsi onun bu qəhrəmanlığı hansı düşüncədən aldığını göz önünə qoyur.  

“Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. İbrahimov Mübariz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button