ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanın imkanları hesabına işğalçı üçün taxıl təminatı – TƏHLİL

Enerji təhlükəsizliyindən sonra indi də taxıl təhlükəsizliyi

 gərgin geosiyasi vəziyyətlə bağlı olaraq dünya bazarına buğda tədarükünün kəskin azalması səbəbindən, taxıl idxalından asılı olan ölkələr növbəti illər üçün tədarükün diversifikasiyası haqqında düşünməyə başlayıblar.

İsrail mətbuatının yazdığına görə, Təl-Əviv rejimi bu məqsədlə Azərbaycanı alternativ taxıl mənbəyi kimi nəzərdən keçirir və 2025-ci ildə Azərbaycan buğdasının idxalına başlamağı planlaşdırır.

Eyni zamanda, İsrail Azərbaycana buğda istehsalını artırmaqda guya kömək etmək niyyətindədir, özü də bunun İsrailin ən son kənd təsərrüfatı texnologiyasının vasitəsi ilə ediləcəyi planlaşdırılır. İsrailin kənd təsərrüfatı naziri Oded Forer-in bu istiqamətdə yaxın həftələrdə bir qrup mütəxəssislə birlikdə Bakıya səfəri gözlənilir. Onlar bu dəfə yenə də İran sərhədinə yaxın ərazilərdə fəaliyyət adı altında İsrail rejiminin casusluq planlarına zəmin hazırlamağı düşünürlər. Əlbəttə ki, sionistlər bunu heç vaxt etiraf etmir və kənd təsərrüfatının inkişafında yalnız İsrail təcrübəsinin tətbiq edildiyini deyirlər. İddia olunur ki, işğaldan azad edilmiş ərazilərdə guya məhsuldarlığın artırılması üçün yeni aqrotexniki və texnoloji istehsal üsullarının tətbiqi nəzərdə tutulur.

O da istisna deyil ki, qəsbkar rejim Azərbaycanda strateji taxıl istehsalını öz əlinə keçirməklə yanaşı ölkəni özünün taxıl təhlükəsizliyi üçün bir depoya çevirməyi qarşıya məqsəd qoyub. Sputnik bu barədə yazır ki, taxılın alış mənbələrini şaxələndirmək və daxili ehtiyatları artırmaqla Azərbaycan buğdanın təkrar ixracına, o cümlədən, İsrailə təkrar ixracına başlaya bilər.

Hələlik isə deyilir: Təxirəsalınmaz tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu il 50 min hektara yaxın sahədə əkin aparılacaq. Bunun xeyrini əlbəttə ki, məişət problemindən əziyyət çəkən Azərbaycan insanı yox, Azərbaycanın imkanları hesabına taxıl təhlükəsizliyinə təminat axtaran İsrail görəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button