ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistandan yoxsa Azərbaycandan? “Xankəndinə qaz verilməsi bərpa olunur”

“Azəriqaz” Qarabağdakı ermənilərə təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

“Azəriqaz”dan bildirilib ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.

“Azəriqaz” xatırladıb ki, son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər”, – məlumatda deyilir.

Xatırladaq ki, Xankəndidəki ermənilərin qaz təchizatındakı təxirlə bağlı ABŞ və Aİ-dən Azərbaycana müraciətlər olundu. Həmin müraciətlərdə rəsmi Bakıya etimadsızlıq nümayiş olunaraq, Qarabağ ermənilərinin dərhal enerji ilə təmin olunmasına çağırılır.

“Azəriqaz”-ın məlumatında Azərbaycan Respublikasının ərazilərinin bu hissəsində, qazın ölkə daxilindən yoxsa yenə də Ermənistandan təmin olunacağı məsələsinə aydınlıq gətirilməyib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button